Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu
Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər.
Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.
Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var.
Bu qərarın "boz kardinal"ın ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, "Şərq-Qərb" nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.
Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb.
Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1833 Tarix: 21 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr