Əməkdar həkim vəfat etdi
Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.
Sonxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edək ki, Cəbrayıl Fərman oğlu Əlinağıyev 1947-ci ildə Masallı rayonunda anadan olub. Atasının müalicəsinə kömək etmək istəyi onu həkimlik peşəsinə yönəldib. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra ilk cərrahi əməliyyatını atasının üzərində apararaq onun əl barmaqlarını sağaldıb.
İnstitutun elmi şurasının qərarı ilə Travmatologiya və Ortopediya kafedrasında klinik ordinaturanı başa vurub və daha sonra Sumqayıta işləməyə göndərilib. O vaxtdan etibarən Sumqayıt səhiyyəsində fəaliyyət göstərib və 1974–2018-ci illərdə Travmatologiya şöbəsinin müdiri kimi çalışıb.
Cəbrayıl Əlinağıyev həmçinin Sumqayıt şəhərinin baş ortoped-travmatoloqu olub. Kiyevdə tibb elmləri namizədi elmi dərəcəsini alıb.
Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə "Əməkdar həkim" fəxri adına layiq görülüb və dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 876 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr