"Anamı ölümcül hala salıblar, heç bir həkim yiyə durmur" (VİDEO)
Bakı sakini Hacıyev Rövşən Elşən oğlu anası Hacıyeva Kifayət Akif qızının "Appro Hospital"da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, anası 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunub.
Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib:
"Bir həftə ərzində dərmana 2800 manat pul vermişəm. Elşən Hüseynzadə ilə artıq yeddi aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb".
O qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:
"Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 986 Tarix: 24 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr