Torpaq sahələri kəskin bahalaşdı - AÇIQLAMA

Torpaq sahələri kəskin bahalaşdı - AÇIQLAMASon dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.

Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdə müşahidə edilir?

"Artım xüsusilə Abşeron yarımadası, Quba - Xaçmaz, Qəbələ, Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir".

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib.

O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaq sahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu rəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.

"İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksək olan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir. Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır və Binəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq 3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində bölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb".

G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsas səbəblərini də açıqlayıb:

"İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiya xətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyərini artırır. Turizm və kənd təsərrüfatı potensialının artması - xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrində torpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinin tətbiqi - qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşması bazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərir.

Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondunun böyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqların sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələ başlanıb:

"Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və real bazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasında formalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və ya hərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurları başlanır.

Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçün mülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ hala gəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymət səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz torpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidə olunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manat dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafında bazara təklif edilir".

Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm də iqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbat artdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraq yüksəlir:

"Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycanda artıq yeni mərhələyə qədəm qoyub - kağız daşıyıcıdan elektron sistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazar dəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərin formalaşmasında əsas rol oynayır.

G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyə torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və real qiymət mexanizmi formalaşacağı gözləniləndir".

"Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bunun da müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymət artımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır. Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digər regionlarında da torpaq qiymətləri bahalaşıb".

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri bu ilin yanvar ayından "Torpaq məcəlləsi"nə edilən dəyişikliklərlə bağlıdır:

"Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni qaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır. Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeni qaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeyd edilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi götürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada da qiymət artımına gətirib çıxarır".

R.Osmanlı torpaq satışında qiymət artımının hansı civarda dəyişdiyini də açıqlayıb:

"Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsinin qiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu 300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir. Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydə alınıb".

Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də artıma səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 824   Tarix: 25 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021