Zərərini bilirik, amma yenə yeyirik: Fast food niyə bu qədər cazibədardır? - AÇIQLAMA
"Fast food qidalarda əsas problem onların tərkibində yağ, duz və şəkər miqdarının çox olmasıdır. Bu maddələr orqanizmə qısa zamanda enerji versə də, uzunmüddətli dövrdə artıq çəki, piylənmə, ürək-damar problemləri, həzm sistemi pozğunluğu, diqqət dağınıqlığı və yuxu problemlərinə səbəb olur".
Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, əgər biz davamlı şəkildə fast food qəbul etsək, beyində dopamin səviyyəsi dəyişir:
"Bu da həmin qidalara qarşı asılılıq yaradır. Orqanizm artıq həmin tez və dadlı enerjiyə öyrəşir və onu tələb etməyə başlayır. Bu proses siqaret və ya şəkər asılılığına bənzər bir psixoloji dövr yaradır. Həmçinin bu qidalar orqanizmə lazımi vitamin, mineral və lif vermədiyi üçün gənclər özlərini tez yorğun, halsız və diqqətsiz hiss edirlər. Bəzən bu hal enerji çatışmazlığı və dərsə marağın azalması kimi görünür. Amma unutmamalıyıq ki, əsas səbəb qidalanmadadır.
Nəzərə almaq lazımdır ki, fast food sadəcə yemək deyil, vərdişdir. Bu vərdiş həm bioloji, həm də sosial səbəblərlə möhkəmlənir. Dostlar fast food yeməyi təklif edəndə imtina etməyə utanırıq, çəkinirik. Həm də evdə sağlam yemək hazırlamaq vaxt, bacarıq və motivasiya tələb edir. Marketinq reklamları beyin üçün sürətli dopamin siqnalı yaradır. Bütün bunlara görə gənclər çox vaxt zərərini bildikləri halda belə, bu vərdişi tərk edə bilmirlər.
Fast fooddan tam imtina etmək real olmasa da, balans yaratmaq mümkündür. Məsələn, onu həftədə bir dəfəyə qədər azaltmaq olar. Ev üsulu ilə sadə, amma sağlam versiyalar hazırlamaq da mümkündür — ev burgeri, sobada bişmiş kartof və təbii içkilər kimi. QHT-lər məktəblərdə və sosial mediada qidalanma mədəniyyəti ilə bağlı sadə, interaktiv maarifləndirmə işləri apara bilərlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA