Şuşa məscidi üçün dünyanın ən böyük xalçası hazırlanır - Fotolar-Video
"Azərxalça" ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.
"Azərxalça"nın yaydığı məlumata görə, dairəvi əl xalçasının diametri 22.17 m x 22.17 m-dir.
"Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.
Bildirilib ki, oktyabrın 27-də xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.
Həmin görüntüləri təqdim edirik:





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 709 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabr