Zaurun oğlunun şairə verdiyi sualları "ədəbsizlik" adlandırdı
Aparıcı Zaur Kamalın verilişində oğlu Bartunun şair Cığatel İsaqızına verdiyi suallar tənqid edilib.
Axşam.az xəbər verir ki, proqramda Bartu şairə həyat yoldaşı, illər əvvəl kirayədə yaşaması və bir müddət əvvəl avtomobil qəzasında dünyasını dəyişən balaca nəvəsi ilə bağlı sual ünvanlayıb. Onun "Gənc yaşında həyat yoldaşını itirən Cığatel xanım ikinci dəfə ailə qurmaq haqqında düşünüb" sualı şairi əsəbiləşdirib.
C.İsaqızı "Gənc yaşımda itirməmişəm. Həyat yoldaşımın 55 yaşı var idi, 6 ildir onu itirmişəm. Nə ailə qurmaq, elə şey olar? Nə pis söz dedin. Mən nənəyəm, nəvələrim var" cavabını verib.
Şair daha sonra ona ünvanlanan "Nəvə itkisi yaşadınız. Heç yuxularınıza gəlib sizdən nəsə istəyir" sualına "Yalvarıram ki, gəl yuxuma. Bircə dəfə gəldi yuxuma və dedi ki, nənə, mənə toxunmayın, yerim rahatdır" reaksiyasını verib.
Şairi özündən çıxaran isə illər əvvəl evinin yanması və kirayədə yaşaması haqda deyilənlər olub.
C.İsaqızı əsəbiləşərək "Hər kim o sualları sizə göndərib, bunu qurubsa, yaşadığımın yarısını yaşasın" sözlərini söyləyib.
Şairin qızı Leyla Camal "Öz aramızda" proqramında anasının həmin proqramdan sonra pis olduğunu, səhərə qədər ağladığını deyib:
"Cığatel xanıma uyğun olmayan, böyüklüyünə yaraşmayan suallar ünvanladılar. Çox hörmətsizlik etdilər. Ədəbsizlik idi, bəlkə sifarişlə oldu. Oradan qayıdandan sonra anam səhər saat 5-ə qədər ağladı. Keçmişində yaşadığı əziyyətli günlərlə onu vurdular. Körpə uşağın əlinə sual veriblər. Anam Süleyman dünyasını dəyişəndə ağladığı kimi ağladı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2202 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr