"Bu günün maraqlı toyu, sosial şəbəkələrdə unikal şou kimi göstərilir" - AÇIQLAMA
Son illərdə toy mərasimlərinin mahiyyətində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər toylar yalnız əyləncə deyil, həm də ailə dəyərlərinin, qarşılıqlı hörmətin və mənəvi nəsihətlərin önə çəkildiyi məclislər kimi qəbul edilirdi. Xalq arasında "vağazalı" adlandırılan giriş mahnısı və ya nəsihət hissəsi gənclərə ailə qurmanın məsuliyyətini xatırladır, toyun ruhuna dərinlik qatırdı. Lakin bu gün bir çox toylarda musiqi, şou və dəbdəbə ön plana çıxıb, vağzalı isə tədricən unudulub. Bəs, bu dəyişiklik insanların dəyərlərində, münasibət tərzində və ailə anlayışına baxışında hansı psixoloji səbəblərlə bağlı ola bilər? Vağazalı ənənəsinin unudulması cəmiyyətin mənəvi dəyərlərinə və ailə münasibətlərinə necə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, insanlar getdikcə cəmiyyətdə kök salmış milli dəyərlərdən çox, şəxsi təəssürata və insanlara göstəriş üçün fokuslanıblar:
"Bu günün maraqlı toyu, sosial şəbəkələrdə unikal şou kimi göstərilir. Əvvəllər toy mərasimləri böyüklərin duasına,nəsillərin bağlanmasına,milli adət və ənənələrə yönəlirdi. Bu günki toylar psixoloji baxımdan insanlar sevincini və uğurunu başqalarına göstərməklə öz dəyərini təsdiqləmək istəyirlər. Vağzalı, yaxud uzun dərə həm də, musiqidən də başqa, ruhani təməldir və ailənin müqəddəsliyini, bir az da böyüməyi, məsuliyyət anlayışını daxilən oyadan notlardır. Bu günün ailələri ayrı- ayrılıqda şəxsi xoşbəxtlik fikri üzərində formalaşır.Amma ailə yalnız sevgi yox,həm də öhdəlik,bağışlama və birgə böyümə tələb edir.Bunu da əvvəllər vağzalı havası xatırladırdı".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2065 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr