Prezidentin qızları və gəlini minifutbol turnirini izlədi - Fotolar

Prezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarOktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

"Qafqazinfo" xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.

Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Prezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - FotolarPrezidentin qızları və gəlini minifutbol turnirini izlədi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2262   Tarix: 30 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr