ABŞ-də içkiyə qarşı kitabın müəllifi sərxoş halda maşınla dörd adamı vurub öldürdü

ABŞ-də içkiyə qarşı kitabın müəllifi sərxoş halda maşınla dörd adamı vurub öldürdüABŞ-də spirtli içki qəbulunun əleyhinə kitab yazan, amma özü sərxoş halda ağır avtomobil qəzası törədən şəxsin məhkəməsi davam edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə "People" məlumat yayıb.

Qeyd edilir ki, hadisə ABŞ-nin Müstəqillik günündə, 4 iyul 2024-cü ildə baş verib: 46 yaşlı Daniel Hayden öz "pikap" tipli maşını ilə Manhettendəki parkda hasara çırpılıb və 11 nəfəri vurub. Kişinin avtomobili saatda 90 kilometr sürətlə hərəkət edib. Həkimlər dörd nəfəri xilas edə bilməyiblər. Hayden hadisə yerindəcə saxlanılıb. O, güclü alkoqol sərxoşluğu vəziyyətində olub.

Tezliklə məlum olub ki, hadisəni tərədən kişi asılılıqları olan və evsiz insanlara kömək edən müxtəlif layihələrdə işləyib. Bundan əlavə, o özü "The Sober Addict" ("Ayıq alkoqolik") adlı, içki əleyhinə kitabın müəllifi olub.

Kitabda Hayden onu da yazıbmış ki, indi içkini tərgidib, daha əvvəllər isə tez-tez sərxoş halda sükan arxasına keçirmiş və küçədəki insanların həyatı üçün təhlükə yaradırmış.

İstintaq zamanı məlum olub ki, kişi avtomobili insan kütləsinə çırpmasına yarım saniyə qalmış əyləci basıb. Bundan əlavə, həddindən artıq sərxoş olduğu üçün Haydenin hadisə yerinə yaxın bir iaşə obyektinə buraxılmadığını göstərən müşahidə kameralarının qeydləri də aşkar edilib.

Noyabrın 3-də keçirilən məhkəmədə kişi dörd nəfərin ölümündə təqsirli bilinib. Yekun hökm isə dekabrın 3-da çıxarılacaq. Ona ömürlük həbs cəzası verilə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 709   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır

Yer kürəsinin sahil xətləri minilliklər ərzində ciddi şəkildə dəyişib. Buz dövrlərində dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan, sonradan isə sular altında qalan geniş ərazilərdə qədim insanların yaşayış məskənləri, düşərgələri və müxtəlif tikililəri olub. Arxeoloqlar hazırda həmin torpaqları

23 noyabr
.

Cənubi Koreyada sakinlərə sığınacaqlara getmək göstərişi verildi - Rusiya təyyarələri yaxınlaşdı

Cənubi Koreyada Rusiya hərbi təyyarələrinin ölkənin şərq sahillərinə yaxınlaşmasından sonra ada sakinlərinə təcili sığınacaqlara getmək barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində Ulleung adasında həyəcan siqnalları səsləndirilib, sakinlərə yeraltı sığınacaqlara və ya təhlükəsiz binalara keçmək tapşırılıb

24 noyabr
.

Rus diplomatlar Kiprdə casusluqda şübhəli bilinir

Kiprin xüsusi xidmətləri ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı Rusiyanın maraqları naminə məxfi məlumat əldə etməyə çalışan bir şəbəkəni aşkar edib. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şəbəkə üzvləri həmçinin Aİ sanksiyaları ilə Rusiyaya verilməsi qadağan edilmiş texnologiyala

23 noyabr
.

Sanksiyalar İran valyutasını çökdürür - Yeni anti-rekord

ABŞ-nin İrana qarşı yeni sanksiyaları və ümumilikdə ölkənin dəniz blokadasına alınması İranın milli valyutası olan rialda özünü daha kəskin şəkildə göstərməkdədir. "AzPolitika" xəbər verir ki, İranın müxalif "İran İnternational" kanalı rialın son günlər sürətlə ucuzlaşaraq xaric

24 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

Almaniya Ukraynaya milyardlarla avro ayırır

Almaniya Ukraynaya hərbi dəstəyini artırmaq qərarına gəlib. "Yeni Sabah" xəbər verir ki, gələn il ölkəyə 11,6 milyard avro dəyərində yardım göstəriləcək. Bundan əlavə, Ukraynanın istifadə etdiyi kəşfiyyat dronlarının istehsalı Almaniyada həyata keçiriləcək. Bunu Almaniyanın müdafiə naziri Bori

24 noyabr
.

Tramp sabah NATO-nun Baş katibi ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib. "Reuters"in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək. Görü

24 noyabr
.

Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil

24 noyabr
.

Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi

Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb. "Reuters"ə istinadən xəbər verir ki, hakim Çin avtomobilinin xarici görünüşünün "Jaguar Land Rover" (JLR) konserninin müəlli

22 noyabr