Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin
Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi viruslardan qorunmağın ən təsirli üsullarından biri nə əlavələr, nə də xüsusi prosedurlardır, adi gecə yuxusudur. Onun sözlərinə görə, keyfiyyətli yuxu orqanizmin təbii sipəri kimi fəaliyyət göstərir və infeksiya riskini xeyli azaldır.
Könüllülərlə aparılan bir araşdırmaya əsasən, soyuqdəymə virusu ilə qəsdən təmas etdirilib və məlum olub ki, sutkada yeddi saatdan az yuxu alan insanlar üç dəfə daha çox xəstələnirlər. Bundan əlavə, yuxunun pozulması və ya səthi olması, yaş, stres, çəki və alkoqol istifadəsi kimi amillər nəzərə alınsa belə simptomların yaranma ehtimalını təxminən beş yarım dəfə artırıb.
Nyutonun sözlərinə görə, yuxu zamanı immun sistem aktiv şəkildə sitokinlər, müdafiə hüceyrələri və anticisimlər istehsal edir. Orqanizm kifayət qədər dincəlmədikdə isə bu "müdafiəçilərin" sayı azalır və viruslar üçün yol açılır. Həkim yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl cihazlardan istifadənin azaldılmasını, yataq otağının sərin saxlanılmasını və gündə ən azı əlavə 15-30 dəqiqə istirahət etməyi tövsiyə edir.
Sonda həkim qeyd edib ki, yaxşı yuxu yalnız soyuqdəymənin profilaktikası üçün deyil, həm də psixi sağlamlıq, yaddaş və ümumi orqanizm vəziyyəti üçün vacibdir.
Bundan başqa, digər mütəxəssis doktor Surac Kukadiya yuxu zamanı hansı pozadan uzaq durmaq lazım olduğunu açıqlayıb. Onun sözlərinə görə, qarın üstə yatmaq qabırğa ilə döş sümüyü arasındakı birləşmə nahiyəsində iltihab kostoxondrit yarada bilər. Gün ərzində ağır yük qaldırmaq və düzgün olmayan bədən duruşu ilə birləşən uzunmüddətli təzyiq bu ağrılı vəziyyətin yaranma riskini artırır.
Xatırladaq ki, qışda immuniteti gücləndirmək düşündüyünüzdən daha asandır. Bunun üçün qış rasionunuz A, C, E vitaminləri və omega-3 ilə zəngin olmalıdır. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti
Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları
9 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Son sutkada peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy
12 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
17 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Qızdırmanı salmağa tələsməyin!
Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm
17 sentyabr 2021