Nə sağlam qidalanma, nə də idman... - Uzunömürlülüyün əsas amili

Nə sağlam qidalanma, nə də idman... - Uzunömürlülüyün əsas amiliAlimlər insanın uzunömürlülüyündə genetikanın roluna yenidən baxıblar.

Qaynarinfo-nun məlumatına görə, "Science" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, genetika insanın ömür uzunluğuna indiyədək düşünüldüyündən xeyli güclü təsir göstərir.

Əvvəllər tədqiqatçılar ömür uzunluğunda genetik faktorun payını 10-25 faiz səviyyəsində qiymətləndirirdilər. Bu isə həyat tərzi, ətraf mühit və təsadüfi amillərin əsas rol oynadığı anlamına gəlirdi. Lakin yeni nəticələr bu yanaşmanın yanlış olduğunu ortaya qoyub.

Məsələ ondadır ki, keçmişdə bir çox insan gənc yaşlarda infeksiyalar, qəzalar və bədbəxt hadisələr kimi xarici səbəblərdən həyatını itirirdi. Bu cür ölümlər orqanizmin nə qədər sürətlə qocalması ilə əlaqəli deyil və genetik təsiri faktiki olaraq "ört-basdır" edirdi.

Niderlandlı alimlər qrupu bir neçə ölkədən olan əkiz cütlüklərinin ömür uzunluğuna dair geniş məlumat bazasını təhlil edib və xarici səbəblərdən baş verən ölümləri statistikadan çıxarıb. Bu yanaşma onlara bioloji qocalmanın ömür uzunluğunu nə dərəcədə müəyyən etdiyini daha dəqiq qiymətləndirməyə imkan verib.

Araşdırma göstərib ki, biryumurta əkizləri arasında ömür uzunluğundakı fərq iki yumurta əkizləri ilə müqayisədə daha azdır. Bu isə genlərin uzunömürlülükdə həlledici rol oynadığını göstərir. Ümumilikdə, tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, genetik faktor insanın neçə il yaşayacağını təxminən 55 faiz səviyyəsində müəyyən edir.

Bu göstərici insanın digər mürəkkəb xüsusiyyətlərinin irsiliyinə də uyğundur. Məsələn, insanın boyu və ya intellekt səviyyəsi də təxminən 50 faiz genetikadan asılıdır.

"Nəticələr mühüm məna kəsb edir. Əgər ömür uzunluğu böyük ölçüdə genetika ilə müəyyən olunursa, həyat tərzinin dəyişdirilməsi yolu ilə qocalma sürətinə təsir imkanları məhduddur", deyə araşdırmada qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1055   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021