Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib

Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edibMacarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib.

"Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib.

"FİDES və Xristian-Demokrat Xalq Partiyasının tərkibində olduğu koalisiya siyahısının birinci nömrəsi kimi aldığım mandat, əslində FİDES-in parlament mandatıdır, buna görə də mən ondan imtina etmək qərarına gəldim. İndi mən parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkil edilməsi üçün lazımam", - o bildirib.

Orban qeyd edib ki, FİDES-in idarə heyəti ona partiya sədri kimi işini davam etdirməyi təklif edib və iyun ayında öz ümummilli qurultayını keçirmək niyyətindədir. "Əgər qurultay mənə etimad göstərərsə, mən bu vəzifəni yerinə yetirməyə hazır olacağam", - Orban vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də keçirilən parlament seçkilərinin yekunlarına əsasən, müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 141-ni əldə edib, hakim "FİDES" partiyası isə məğlubiyyətə uğrayaraq 52 yer qazanıb.

Qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar mayın 9-da rəsmən Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayacaq.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 449   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb. Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə məsələləri müzakirə etmək istəmir. "Düşünürəm ki, prinsipcə bi

30 mart 2025
.

Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Rusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 baş nadir Orta Asiya tısbağasının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, dəyəri ü

4 iyul
.

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə

22 fevral
.

İran suda yerləşən neft-qaz yataqlarının kəşfiyyatını bərpa etmək istəyir

Bu il İran Fars körfəzindəki neft-qaz yataqlarının axtarışını bərpa etməyi planlaşdırır. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Mehr" agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu işlə İran Milli Neft Şirkəti (NIOC) məşğul olacaq. İran suda yerləşə

5 aprel 2025
.

Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək

İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Trampın İrana qarşı dəniz blokadası elan etməsi və həddindən artıq tələbləri səbəbindən İran hələ də növbəti danışıqlar raunduna razılı

18 aprel
.

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki

9 mart 2025
.

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada

24 iyul 2025
.

Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin daha əlçatan və rahat olmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, turistlərin yeni istiqamətlərə marağını da artır

7 oktyabr
.

Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək. xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Xəbər

12 iyul 2025