Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşəm "Böyük Misir Muzeyi" ("Grand Egyptian Museum") açılıb.

Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşri turistlərin muzeydə mütləq görməli olduğu beş əsas eksponatı seçib.

1. II Ramzesin heykəli

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Ziyarətçilər heroqliflərlə bəzədilmiş fasaddan keçərək geniş vestibülə daxil olduqda onları Misirin ən qüdrətli fironlarından biri olan II Ramzesin nəhəng heykəli qarşılayır. Təxminən 3200 il əvvəl hazırlanmış heykəlin hündürlüyü 11 metrdir.

1820-ci ildə altı hissəyə parçalanmış vəziyyətdə aşkarlanan heykəl bərpa edilib və onilliklər ərzində Qahirənin mərkəzində nümayiş etdirilib. "Böyük Misir Muzeyi"nin tikintisinə başlanıldıqda heykər oraya gətirilən ilk eksponat olub. Faktiki olaraq, muzey onun ətrafında inşa edilib.

2. Tutanxamonun maskası

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Tutanxamonun məzarının 1922-ci ildə aşkarlanması bütün dünyada Qədim Misirə marağın inanılmaz dərəcədə artmasına səbəb olub.

Muzeydə gənc fironun məzarından tapılmış 5 mindən çox əşya nümayiş etdirilir. Lakin kolleksiyanın əsas incisi Tutanxamonun mumiyası ilə birlikdə aşkarlanmış, bütöv qızıldan hazırlanmış dəfn maskasıdır.

2014-cü ildə maskanın hörmə saqqalı təsadüfən zədələndikdən sonra eksponat diqqətlə bərpa edilib. Hazırda maska uzun ziyarətçi növbələrinin qarşısında şüşə vitrində parlayır.

3. Xeopsun günəş qayığı

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Təxminən e.ə. 2500-cü ildə sidr ağacından hazırlanmış bu qayıq 1954-cü ildə Xeopsun Böyük Piramidasının yaxınlığında 1200 ayrı fraqment şəklində aşkarlanıb.

Hazırda qayıq müşahidə meydançaları olan nəhəng ikimərtəbəli qalereyada nümayiş etdirilir. Gəmi arxeoloji qeydlər əsasında diqqətlə yenidən yığılıb.

Qədim misirlilər inanırdılar ki, firon öldükdən sonra günəş tanrısı Ra ilə birlikdə səmada kosmik səyahətə çıxacaq. Buna görə də arxeoloqlar bu qayığı "günəş qayığı" adlandırıblar.

4. Hatşepsutun heykəli

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Hatşepsut kral hakimiyyətinin yalnız kişilərə məxsus sayıldığı dövrdə fironun bütün səlahiyyətlərini öz üzərinə götürən azsaylı qadınlardan biri olub. Onun hakimiyyəti təxminən e.ə. 1470-ci ilə təsadüf edir.

Hakimiyyətini qanuniləşdirmək üçün Hatşepsut rəsmi incəsənət nümunələrində və yazılarda kişi hökmdar obrazında təsvir edilirdi. O, kişi titullarından istifadə edir, hətta saxta saqqal taxırdı. Bu xüsusiyyətlər qranitdən hazırlanmış heykəldə də əks olunub.

5. Ostrakonlar

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)Adətən diqqət Misirin məşhur hökmdarlarına yönəlsə də, böyük piramidaların kölgəsində çalışan sadə fəhlələrin həyat hekayələri çox vaxt diqqətdən kənarda qalır.

Lakin Yeni Padşahlıq dövrünə həsr olunmuş zallarda yazılarla örtülmüş və qraffitini xatırladan keramika qırıntıları - ostrakonlar nümayiş etdirilir.

Papirusdan daha ucuz alternativ olan ostrakonlardan gündəlik həyatda baş verən hadisələri qeydə almaq üçün istifadə edilirdi. Hazırda "Böyük Misir Muzeyi"ndə saxlanılan və Luksor yaxınlığında aşkarlanmış bu artefaktların bir çoxunun yaşı 3 min ildən çoxdur.

Kolleksiyaya cari inzibati məsələlərlə bağlı qeydlər, məsələn, xəstəlik səbəbindən işə gəlməyən fəhlələrin siyahıları daxildir. Hətta qayınanadan şikayət edilən bir fraqment də var.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 546   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust