Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur - ona 48 saat vaxt verildi

Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur - ona 48 saat vaxt verildiŞimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin rəhbəri Silven Astyeni arzuolunmaz şəxs elan edərək ölkəni 48 saat ərzində tərk etməsini tələb edib. Rəsmi Pxenyan bu qərarı İsveçrənin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.

Reuters-in məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılması ilə yanaşı, İsveçrənin Pxenyandakı diplomatik ofisinin bağlanmasını da tələb edib. Bu qərar İsveçrənin Songdovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsindən sonra verilib.

İsveçrə hakimiyyəti düşərgəni Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərindən uşaqların Şimali Koreyaya aparılması və onların ideoloji təsirə məruz qoyulması ilə əlaqələndirir. Rəsmi Bernin mövqeyinə görə, düşərgə bu prosesdə iştirak edib. Şimali Koreya isə ittihamları qəbul etmir və sanksiyaları ölkənin suverenliyinə qarşı düşmənçilik addımı hesab edir.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con da İsveçrənin qərarını sərt tənqid edib. O, sanksiyaların ölkənin suveren hüquqlarına müdaxilə olduğunu bildirib və Pxenyanın buna cavab verəcəyini bəyan edib.

Hadisənin diqqətçəkən tərəfi odur ki, İsveçrənin diplomatik ofisi cəmi bir neçə həftə əvvəl yenidən fəaliyyətə başlamışdı. Ölkənin xarici işlər naziri İqnatsio Kassis oktyabrın sonunda Pxenyana səfər etmiş, iki dövlət arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etmişdi.

İsveçrə Xarici İşlər Departamenti isə diplomatik nümayəndəliyin açılmasının sanksiya siyasətindən ayrı məsələ olduğunu bildirib. Qurumun mövqeyinə görə, ofisin əsas məqsədi fikir ayrılıqlarının olduğu dövlətlərlə belə əlaqə və dialoq kanallarını qoruyub saxlamaqdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 175   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb

İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsini satışa çıxardığını elan edib. xəbər verir ki, bu barədə aviaşirkətin saytında elan yerləşdirilib. Söhbət İraq hökumətinə məxsus olmuş və Səddam Hüseynin uçuşları üçü

23 noyabr
.

Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır

Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq. xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücum

24 noyabr
.

2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib

Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"

23 noyabr
.

Yaponiyada quş qripinə görə 80 min toyuq məhv ediləcək

Yaponiyanın Ayti prefekturasında quş qripi epidemiyasının aşkarlanması səbəbindən yerli quşçuluq təsərrüfatlarından birində təxminən 80 min toyuğun məhv edilməsinə başlanılıb. "Report" xəbər verir ki, bu barədə prefektura administrasiyası məlumat yayıb. Quş qripi virusunun Toyohaşi şəhərind

23 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas

24 noyabr
.

Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur - ona 48 saat vaxt verildi

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin rəhbəri Silven Astyeni arzuolunmaz şəxs elan edərək ölkəni 48 saat ərzində tərk etməsini tələb edib. Rəsmi Pxenyan bu qərarı İsveçrənin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib. Reuters-in məlumatına görə, Şimal

25 noyabr
.

Rus diplomatlar Kiprdə casusluqda şübhəli bilinir

Kiprin xüsusi xidmətləri ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı Rusiyanın maraqları naminə məxfi məlumat əldə etməyə çalışan bir şəbəkəni aşkar edib. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şəbəkə üzvləri həmçinin Aİ sanksiyaları ilə Rusiyaya verilməsi qadağan edilmiş texnologiyala

23 noyabr
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Rusiya Kiyevə yeni hücumlara hazırlaşır

Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlar davam edir. Rusiya ordusunun Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Ukrayna Prezidenti Vladimir Zelenski isə kəşfiyyat məlumatlarının Rusiyanın yeni genişmiqyasl

24 noyabr