"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsil mühitini qorumaq, təhsil prosesində dünyəvilik prinsipini təmin etmək və şagirdlər arasında xarici görünüşə görə fərqliliklərin ön plana çıxmasının qarşısını almaqdır. Təbii ki, son illərdə İranın xüsusi xidmət orqanlarının Azərbaycanda radikal dini ideologiyanın yayılmasına yönəlmiş fəaliyyətləri ilə bağlı müxtəlif faktlar ictimaiyyətə açıqlanıb". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu kimi cəhdlərin məqsədi güclü, müstəqil və suveren Azərbaycan dövlətinin zəiflədilməsi, cəmiyyətdə parçalanma və sosial gərginlik yaradılmasıdır: "Biz bir dövlət və xalq olaraq əldə etdiyimiz nailiyyətləri qorumalı, dövlətçiliyimizə və milli birliyimizə təhlükə yarada biləcək hər hansı təxribat xarakterli fəaliyyətin qarşısını almalıyıq. Vahid məktəbli formasının tətbiqinə başlanıldıqdan sonra təhsil müəssisələrinin qarşısında aksiyaların keçirilməsi, dövlət əmlakına ziyan vurulması və cəmiyyətdə sosial gərginlik yaradılması ilə bağlı cəhdlərin müşahidə olunduğunu görürük. Bu kimi hallara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməli, ictimai asayişin və qanunun aliliyinin qorunması təmin edilməlidir.
Digər tərəfdən, məktəbli formasına dair tələbləri Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim etməyə çalışan yanaşmalar da mövcuddur. Halbuki ölkəmizdə dini etiqad azadlığı Konstitusiya və qanunlarla təmin olunur. Burada söhbət hər hansı şəxsin dini inancına görə ittiham edilməsindən və ya dini etiqadının hədəfə alınmasından getmir. Məsələ təhsil müəssisələrində müəyyən edilmiş qaydaların və dünyəvi təhsil prinsiplərinin qorunmasıdır.
Bu gün Azərbaycan dövləti məscidlərin və tarixi-dini abidələrin bərpasına, dini biliklərə yiyələnmiş kadrların hazırlanmasına, eləcə də dini icmaların fəaliyyətinə dəstək göstərir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ölkəmizdə dini irsə və dini icmaların fəaliyyətinə diqqət yetirildiyini göstərir. Buna görə də məktəbli formasına dair qaydaların dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim edilməsi məsələnin mahiyyətini əks etdirmir.
Baş verən proseslərə münasibətdə əsas diqqət dinin və dini dəyərlərin qorunması ilə siyasi məqsədlər naminə dindən istifadə edilməsi arasındakı fərqə yönəldilməlidir. Dini inancların siyasi təsir vasitəsinə çevrilməsi, cəmiyyətdə qarşıdurmanın təşviq edilməsi və milli birliyə xələl gətirilməsi yolverilməzdir. Azərbaycan xalqı əldə etdiyi nailiyyətləri, milli həmrəyliyini və dövlət müstəqilliyini qorumaqda qərarlıdır.
Azərbaycan müstəqil və suveren siyasət yürüdən, milli maraqlarını qorumağa qadir olan dövlətdir. Dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətdə sabitliyin və birliyin qorunması, təhsil sistemində dünyəvilik prinsipinin təmin olunması hamımızın ortaq məsuliyyətidir. Ölkəmizin müstəqilliyinə, suverenliyinə və ictimai sabitliyinə xələl gətirə biləcək hər hansı qanunsuz fəaliyyətə qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Meteor yağışı olacaq
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi