Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biriMəktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir.

Bu baxımdan, məktəbli forması ilə bağlı tələblərin aydın müəyyən edilməsi və bütün şagirdlər tərəfindən yerinə yetirilməsi vacibdir.
Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biriMövzu ilə bağlı İnnovasiya və Qadın İnkişafı Təşəbbüsləri İctimai Birliyinin sədri, qabaqcıl təhsil işçisi Gülnarə Əmiraslanova Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəb - yalnız fənlər üzrə bilik verən təhsil müəssisəsi deyil, həm də sosial bərabərliyin, vətəndaşlıq məsuliyyətinin və daxili intizamın formalaşdığı mühüm tərbiyə məkanıdır. Müasir təhsil sistemində vahid məktəbli forması və daxili nizam-intizam qaydalarının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqləri aradan qaldırmaq, psixoloji bərabərlik mühiti yaratmaq və təlim prosesində diqqəti yalnız təhsilə yönəltmək məqsədini daşıyır. Bu baxımdan daxili qaydalara riayət olunması məktəb mühitinin sağlamlığı üçün vacib şərtdir.

Lakin son dövrlərdə daxili nizam-intizam və vahid geyim qaydaları ilə fərdi/dini inancların toqquşdurulması pedaqoji və hüquqi müstəvidə ciddi təhlil tələb edən məsələyə çevrilmişdir. Məsələyə pedaqoji yanaşmanın əsas prinsipi uşağın ali mənafeyini və onun təhsil almaq hüququnu hər şeydən üstün tutmaqdır. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq konvensiyalar hər bir uşağın təhsil almaq hüququnu təsbit edir. Valideynlərin öz şəxsi dini və ya ideoloji baxışlarını bəhanə edərək övladlarını məktəbdən uzaqlaşdırması, onları təhsildən yayındırması uşaq hüquqlarının birbaşa pozulması deməkdir. Uşaq müstəqil hüquq subyektidir və onun təhsil almaq imkanı fərdi təəssübkeşliklərin qurbanına çevrilməməlidir.

Bu nöqtədə övladının gələcəyinə cavabdeh olan inanclı valideynlərin üzərinə böyük mənəvi və pedaqoji məsuliyyət düşür. İnanclı valideynlərə çağırışımız budur ki, inanc və mənəviyyat dəyərlərini uşağın təhsilinə və inkişafına maneəyə çevirməsinlər. Əsl mənəviyyat uşağı elmdən və cəmiyyətdən təcrid etmək deyil, onu savadlı, dünyagörüşlü və faydalı bir şəxsiyyət kimi yetişdirməkdir. Valideynlər anlamalıdırlar ki, övladlarını məktəb intizamına qarşı qoymaqla və ya dərslərdən saxlamaqla onlar uşağın gələcəkdə cəmiyyətə inteqrasiya olunmaq imkanlarını məhdudlaşdırırlar.

Nəticə etibarilə, məktəb daxili intizamı və vahid geyim qaydaları ilə güclüdür. Təhsil müəssisələri ilə valideynlər arasında qarşıdurma deyil, sağlam dialoq və əməkdaşlıq mühiti qurulmalıdır. Məktəb qaydalarını dəstəkləmək hər bir vətəndaşın borcudur, çünki bu qaydalar uşaqlarımızın təhlükəsiz, bərabər və keyfiyyətli təhsil almasının təminatıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 358   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

14 oktyabr
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləy

14 oktyabr
.

Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"

Azərbaycan kəlağayısı sadəcə baş örtüyü deyil. O, xalqımızın tarixi yaddaşını, estetik zövqünü, sənətkarlıq ənənələrini və nəsillər arasında mənəvi bağlılığı yaşadan milli mədəniyyət nümunəsidir. Kəlağayının dəyəri onun yalnız geyim elementi olmasında deyil, Azərbaycan xalqının özünəməxsusluğunu əsrlə

13 oktyabr
.

Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

13 oktyabr
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

13 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13 oktyabr