Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...
"Retention.com" və "RB2B" proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı, milyonçu Adam Robinson ailəsi ilə birlikdə ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.
"Qafqazinfo" xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan "Learjet 60" markalı özəl təyyarənin Palm Biç yaxınlığındakı yaşayış məntəqəsinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub.
Faciədə iş adamı ilə yanaşı, onun həyat yoldaşı Helen Şarp, iki azyaşlı uşaqları - 4 yaşlı Emma ilə 2 yaşlı Çarli, ailənin dayəsi Anita Maria Apellido Cetina və ailə dostları Reyçel Rid ilə Çarmi Fehr də ölüblər.
Məlumata görə, onlar təyyarə ilə Robinsonun ad gününü qeyd etməyə gedirmişlər.
Təyyarəni idarə edən 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da qəzada həlak olublar. İkinci pilotun 17 yaşından aviasiya təlimlərinə başlaması və böyük aviasiya xəyallarının olması diqqət çəkib.
İlkin məlumatlara görə, uçuş zamanı heyət əlverişsiz hava şəraiti, güclü turbulentlik barədə dispetçer xidmətinə məlumat verib. Pilot hündürlüyü artırmağı xahiş etsə də, az sonra təyyarə sürətlə enməyə başlayıb, təcili həyəcan siqnalı verib və yaşayış massivinə çırpılaraq alovlanıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanması ehtimalı da araşdırılır.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü