"Maşının pəncərəsindən şeytanı gördüm" - Papadan şok etiraflar
2025-ci il aprelin 21-də vəfat edən Katolik Kilsəsinin 266-cı Papası Fransiskinin 1992-2024-cü illəri əhatə edən şəxsi gündəliyi kitab halında nəşr edilib.
"Qafqazinfo" xəbər verir ki, argentinalı kardinal Viktor Manuel Fernandez tərəfindən tərtib olunan və fransız dilində "Albin Michel" nəşriyyatında çap edilən "Papa Fransiskinin Şəxsi Gündəliyi" ("The Private Diary of Pope Francis") adlı kitabda mərhum pontifikin qorxuları, özünütənqidləri və fövqəltəbii yaşantıları yer alıb.
AFP-nin kitaba istinadən yaydığı məlumata görə, Papa Fransisk şeytanın fiziki olaraq qarşısına çıxdığına əmin olduğu üç hadisəni təsvir edib. Bu qarşılaşmalardan ikisi Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə, biri isə Çili səfərindən sonra Romada baş verib.
İlk görüşün təxminən 15 il əvvəl evə qayıdarkən baş verdiyini qeyd edən Fransisk həmin anı belə xatırlayır: "Onu maşının pəncərəsindən gördüm. Təhdidedici, eyni zamanda, cazibədar gözlərini heç vaxt unutmayacağam".
İkinci qarşılaşma isə Karmelit kilsəsindəki ayin zamanı qeydə alınıb: "Mənə odlu gözlərlə baxdı. Əvvəlkindən daha şiddətli olan bu baxış od parıltıları kimi idi".
Romada bir toplantı zamanı baş verən üçüncü hadisə barədə isə o yazır: "Onu gördüm və əmrli, qalib səsini eşitdim. Səsinin güclü nəriltisini unuda bilmərəm".
Bundan əlavə, Fransisk 2018-ci il iyunun 7-də yatmağa hazırlaşarkən "cəhənnəm qapılarını" gördüyünü qeyd edib. O, "bütün gücü ilə bütpərəst cazibəsi" kimi təsvir etdiyi bu mənzərənin dəhşətindən xilas olmaq üçün təsbehindən silah kimi istifadə etdiyini bildirib: "Bir müddət izlədim və bu, məni dəhşətə gətirdi. Təsbehimi silah kimi qəbul etdim. Cəhənnəm qapılarına yaxınlaşmaq təhlükəlidir, çünki alovlar püskürə və yanıb-sönə bilər".
Qara plastiklə cildlənmiş 141 səhifəlik gündəlikdə (86 səhifəsi Papa seçilməzdən əvvəl, 55 səhifəsi isə sonra yazılıb) Fransisk özünü təkəbbür və kinayəyə görə sərt tənqid edib. 2022-ci ilin dekabrında küçədə ona səslənən sərxoş bir şəxsi görməzdən gəldiyi üçün peşman olduğunu yazaraq özünü "təkəbbürlü, özünə yalan danışan kinayəli Xorxe" adlandırıb.
1997-ci il qeydlərində isə "Geriyə baxanda həyatımda etdiyim bütün zərərləri başa düşürəm. Rəbbin mərhəmətinə nə qədər ehtiyacım var" deyə qeyd edib. Kardinal Fernandezin sözlərinə görə, gündəliyin dərc olunmasını Fransisk özü arzulayıb və indiki Papa XIV Leo da bu qeydlərin anbarda unudulmaması üçün nəşrə razılıq verib.
Qeyd edək ki, 1936-cı ildə Buenos-Ayresdə italyan mühacir ailəsində doğulan Xorxe Mario Berqolio 2013-cü il martın 13-də XVI Benediktin istefasından sonra Papa seçilmişdi. O, Katolik tarixində Latın Amerikasından və Yezuit ordenindən seçilən ilk Papa kimi tarixə düşüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA
Safurədən həyat yoldaşı ilə paylaşım
Xarici universitetlər Azərbaycana gəlir: Yerli ali məktəblər keyfiyyəti artırmağa məcbur olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
Bakıda 29 yaşlı oğlan küçədə öldü
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Mirasdan imtina edən şəxs sonradan fikrini dəyişə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA