Növbəti həftə "mall"ların fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMA

Növbəti həftə "mall"ların fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMAAvqustun 18-də açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılacaq. Operativ Qərargahın sonuncu brifiqində rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası məsələsinin müzakirə olunduğu bildirilib. Növbəti həftə iri ticarət mərkəzləri və rayonlara gediş-gəliş bərpa oluna bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, iri ticarət mərkəzləri və rayonlara gediş-gəliş insanların daha çox sıx toplaşdığı məqamlardır:

"İnsanlar ticarət mərkəzlərinə , o cümlədə rayonlara kütləvi şəkildə üz tutur. Hazırda yay mövsümu olduğu üçün hər kəs gözləmə məqamındadır. Rayonlara gediş-gəliş bərpa olunsa insanlarımız istirahət mərkəzlərinə üz tutacaq. Mən Gəncəni təmsil edirəm, orada da yaşayıram. Təəssüf ki, heç kəs qoyulan qaydalara əməl etmir. Maskasız və sosial məsafəni qorumadan hərəkət edirlər. Bu da təbii ki, yoluxmanın sayını artırır. Ona görə də insanların özündən də çox şey asılıdır. Əgər biz ticarət mərkəzlərin açılmasını və rayonlara gediş-gəlişin bərpa edilməsini istəyiriksə qoyulan qaydalara əməl etməliyik. Biz digər yumşalmaların olmasını olmasını istəyiriksə qapalı yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı və şəxsi gigyenik qaydalara əməl etməliyik. Bağlı məkanlara daxil olduqda hər birimiz qoyulan qaydalara mütləq əməl etməliyik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8927   Tarix: 17 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İddia varsa, sübutunu göstərin: Media məsuliyyəti və hüququn aliliyi

Son dövrlər mediada mənim barəmdə "aldadıb", "90 min dollar alıb", "1,5 milyon dollar istəyib", "baş həkimdən külli miqdarda pul alıb" və buna bənzər ifadələrin səsləndirilməsi ilə bağlı mövqeyimi açıq şəkildə bildirmək istəyirəm. Mən bu ifadələri sadəcə tənqid

13 avqust
.

İnsanlar niyə getdikcə daha az ünsiyyət qurur? - Səmərəli ünsiyyəti əngəlləyən faktorlar hansılardır və onları necə aşmaq olar? - MÜSAHİBƏ

Ünsiyyət həyatımızın ən mühüm tərəfidir.Ünsiyyət mədəniyyəti ilk növbədə insanın ana dilinə olan sevgisi və hörmətindən yola çıxaraq formalaşır. Bəs psixologiya ünsiyyət bacarıqları haqda nələri deyir?. Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov -a mövzu ilə bağl

13 avqust
.

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayr

13 avqust
.

Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ ARTIR - Ekoloqdan XƏBƏRDARLIQ

Xəzər dənizində su səviyyəsinin son illərdə azalması ekoloji və sosial-iqtisadi baxımdan ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Araşdırmalar göstərir ki, prosesə iqlim dəyişikliyi, temperaturun yüksəlməsi və buxarlanmanın artması, çaylardan dənizə daxil olan suyun azalması, eləcə də hövzəd

14 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti

13 avqust
.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

14 avqust
.

Qədim Naxçıvan yeni inkişaf mərhələsində

Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, öz sosial-iqtisadi potensialını qoruyub saxlayan bu qədim diyar indi tamamilə fərqli geoiqtisadi reallıq qarşısındadır. Qarşıdakı dövrdə Naxçıvanın əsas üstünlüyü təkcə Azərbaycanı

13 avqust
.

Azərbaycanda hüququn aliliyi - hüquqi dövlətin əsas dayağı

Hüququn aliliyi demokratik və hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Bu prinsip dövlət və cəmiyyət həyatında qanunun üstünlüyünü, hər bir şəxsin qanun qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsin

14 avqust
.

Kartdan-karta köçürmələrə nəzarət artır: Banklar pulun göndərilmə səbəbini niyə soruşur? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank kartlarından həyata keçirilən pul köçürmələri ilə bağlı yeni yanaşma müzakirələrə səbəb olub. Kartdan-karta köçürmələrə say və məbləğ üzrə məhdudiyyətlərin tətbiqindən sonra bəzi bankların əməliyyat zamanı müştəridən pulun hansı məqsədlə göndərildiyini soruşması da diqqət çəkir. Bu praktikanı

13 avqust