Azərbaycanda toylar açıq havada keçirilə bilər - AÇIQLAMA
Artıq yarım ildir ki, Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulub. Bir çoxları toyların keçirilməsi barədə müxtəlif variantlar təklif etsə də Operativ Qərargah bu barədə heç bir qərar qəbul etməyib. Sabah Azərbaycanda Məhərrəm ayı başlayır. Məhərrəm ayı bitdikdən sonra noyabr ayında Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, qəbul etsək də, etməsək də toylar Azərbaycanda mülki dövriyyənin hərəkətverici amillərindən sayılır:
"Şadlıq evləri, orada çalışan texniki heyət, musiqiçilər, müğənnilər, bunlar bütövlükdə çox böyük bir sektordur. Toylara keçirilməməsi böyük bir kütlənin güzaranına təsir edir. Eyni zamanda biz ciddi adət-ənənələrin mühafizə edildiyi, patriarxal düşüncənin üstünlük təşkil etdiyi ölkəyik. Etiraf edək ki, toysuz qız vermək, ailə qurmaq düşüncə tərzi bizə yaddır.
Hətta bunun dini və mənəvi tərəfini həll etsək, nikah və kəbin olsa belə valideyn övladının toyunu arzu edir. Əlbəttə bütün bunların fonunda 7 aydır ki, ölkədə toy mərasimlərinin təxirə salınması nəticəsiz ötüşmür və ötüşməyəcək də. Bu yalnız insanların maddi durumlarına yox eyni zamanda demoqrafik göstəricilərə də təsirini göstərəcək.
Amma anlamalıyıq ki, bu günə qədər alternativimiz olmayıb. Günə 600 yoluxma fəlakətə gedən yol demək idi. Proses o cür davam etsəydi, səhiyyəmiz bunun altından qalxa bilməzdi. Üstəlik nəzərə alanda da ki, yoluxmaların böyük qismi məclislərdə baş tutur, ənənəvi qaydada keçirilən toylar böyük fəsadlara yol aça bilərdi. Bu baxımdan Nazirlər Kabinetinin mövqeyi tam anlaşılan və doğru idi".
Deputat qeyd edib ki, artıq əgər iaşə obyektləri açılıbsa, restoran və kafelər bəlli məhdudiyyətlərlə fəaliyyət göstərirsə, marketlər ağzına qədər insanla dolub boşalırsa, oxşar və hətta bir az daha ciddi məhdudiyyətlə, açıq havada toyları da bərpa etmək olar:
"Təbii ki, ənənəvi qaydalardan, formatdan söhbət gedə bilməz. Operativ Qərərgahın özünün müəyyən etdiyi konkret önləyici tədbirlər almaqla, ciddi nəzarət altında toy şənliklərinin təşkili bardə düşünməliyik. Əlbəttə riskli məsələdir və bu sahədə yekun qərarı səhiyyə işçiləri, aidiyyatı sahənin müəxəssisləri və sosioloqların rəyini nəzərə almaqla hökumət verəcək. Düşünürəm məsələyə müsbət yanaşıla bilər, lakin unutmayaq ki, vətəndaşlardan da çox şey aslıdır. Açığı son günlərin statistikası artıq narahatlıq doğurmağa başlayıb və əgər biz məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını, toy mərasimlərinin bərpasını arzulayırıqsa pandemiya şəraitinin diqtə etdiyi qaydalara əməl etməklə yeni sərtləşdirilmə tədbirlərinə rəvac verməməliyik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 19286 Tarix: 20 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO
Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma
13 avqustUşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir
Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb
14 avqust60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMA
Azərbaycanda son illərdə boşanmaların ümumi sayının artması ilə yanaşı, daha yaşlı şəxslər arasında da nikahların pozulması halları diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatlarında boşanmaların yaş qrupları üzrə ayrıca izlənildiyi və 2025-ci il üzrə də bu göstəricilərin təqdim edildiyi görünür
13 avqustKəlbəcərdə mina partlayıb - Xəsarət alan var
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü
13 avqustBakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcu
14 avqustİnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14 avqustİmplant diş nədir və kimlər üçün uyğundur? - Gözəl gülüş neçəyə başa gəlir?
Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər. Elə buna görə də, mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə,gülümsəyin. Üzünüzdə təbəssüm yaratmağa cəhd edin. Bu sizə xoşbəxtlik bəxş edəcəkdir. Gözəl təbəssümü
14 avqustNaxçıvanın yeni inkişaf mərhələsi
Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf modelinin əsas istiqamətlərini bütöv şəkildə ortaya qoyan mühüm siyasi və strateji mesajlarla zəngindir. Müsahibədə səsləndirilə
13 avqust