Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilir? - AÇIQLAMA

Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilir? - AÇIQLAMAAvqustun 20-də yoluxanların sayı 146-da 139-a düşüb. Yoluxanların sayında azalma dinamikası davam edərsə Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmdəov bildirib ki, bu barədə danışmaq çox tezdir:

"Çünki bilirsiniz ki, gündəlik yoluxanların sayı 79-dan 139-a qalxıb. Yumşalmalardan sonra yoluxanların sayının artması gözlənilən idi. Biz hər birimiz çalışmalıyıq ki, bu rəqəm daha da aşağı düşsün. Koronavirus epidemiyasının başladığı ilk gündən dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atıldı. Məhz bu addımlar sayəsində bu gün yoluxanların sayına görə Azərbaycan ən aşağı pillələrdə dayanır. Biz bu nəticəni saxlamaq üçün mütləq qaydalara əməl etməliyik.
Qaydalara əməl edərək həm özümüzü, yaxınlarımızı qorumaqla yanaşı həm də normal həyatımıza daha tez qayıda bilərik. Qaldı ki, Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejiminin ləğv edilməsi məsələsi o zaman ola bilər ki, yoluxanların sayı həmin bölgələrdə minumuma düşsün. Karantin rejiminin tədbiqi və qaydaların hazırlanması ilə bağlı bütün qərarları Operativ Qərargah verir.

Rayonlarda karantin rejiminin ləğv edilməsindənsə, müəyyən qaydalarla gediş-gəlişin bərpa edilməsi daha məqsədə uyğun olardı. Çünki insanlarımız yay ayları olduğuna görə istirahət üçün bölgələrə üz tutmaq istəyir. Məncə postlarda vətəndaşlarımızın tempuraturu ölçülməklə və digər qaydalara əməl edilməklə ailəvi şəkildə bölgələrə gedilməsinə icazə verilə bilər. Əlbəttə insanlarımızın qoyulan qaydalara əməl etməsi, qapalı yerlərdə maska taxması, sosial məsafəni qoruması və şəxsi gigyenik qaydalara əməl etməsi vacibdir. İnsanlarımızın çoxunun qaydalara əməl etməsi nəticəsində yoluxanların sayı 600-dən 139-a düşdü. Təəssüf ki, qaydalara əməl etməyən insanlar da az deyil. İnanıram ki, vətəndaşlarımız dövlətimizlə həmrəy olaraq qoyulan qaydalara əməl etməklə bu bəlaya tezliklə qalib gələ bilər ".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 38508   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. -ın Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzr

14 avqust
.

ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?

Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər

14 avqust
.

Naxçıvanın yeni inkişaf mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf modelinin əsas istiqamətlərini bütöv şəkildə ortaya qoyan mühüm siyasi və strateji mesajlarla zəngindir. Müsahibədə səsləndirilə

13 avqust
.

Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)

Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi

13 avqust
.

Xaricdən gətirilən dondurulmuş ətlər nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə Azərbaycan bazarında xaricdən gətirilən dondurulmuş ət və quş əti məhsullarının çeşidi də artır. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan ət məhsullarının idxalı fonunda istehlakçıların əsas suallarından biri belə məhsulların təhlükəsizliyi və keyfiyyətinə nə dərəcədə nəzarət olunmasıdır

13 avqust
.

Bakının mərkəzində mənzildə YANĞIN OLUB

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə -a nazirlikdən bildirilib. *12:57. FHN-in 112 "qaynar xətti"nə Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq nazirlikdə

13 avqust
.

Vətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA

Marketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsi

14 avqust
.

Bu şəxslər vergi və ciddi hüquqi risklərlə qarşılaşa bilər - XƏBƏRDARLIQ

Əmlakın, xüsusilə də qeyri-yaşayış sahəsinin fərdi sahibkara icarəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin olmaması həm hüquqi, həm də vergi baxımından müəyyən risklər yarada bilər. İcarə münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin sənədləşdirilməsi və vergi öhdəliklərinin düzgü

14 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti

13 avqust