TÜRKSOY-un azərbaycanlı nümayəndəsi: "Hatayda mənzərə dəhşətlidir"

TÜRKSOY-un azərbaycanlı nümayəndəsi: "Hatayda mənzərə dəhşətlidir""Hatayda mənzərə dəhşətlidir. Şəhərdə hər nə varsa zəlzələdən zərər görüb, dağılıb."

Bu fikirləri "Report"un Ankara Bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib.

Zəlzələnin ikinci günündə TÜRKSOY-un 13 nəfərlik heyəti kimi zərərçəkənlərin ən zəruri ehtiyacları ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdiklərini bildirən V.Novruzoğlu dəhşətli mənzərələrin şahidi olduğunu bildirib:

"Əvvəlcə Qaziantepə getdik. Başqa ölkələrdən gələn axtarış-xilasedici qüvvələri yönləndirilmə üçün Qaziantep Hava limanından AFAD-ın (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi-red.) yerli bürosuna göndərilir. Qaziantepdə TÜRKSOY qrupu olaraq qışda soyuğa, yayda istiyə davamlı zəlzələ çadırları qurduq, tərcüməçi kimi dəstək verdik, yardımları payladıq, oradan da Hataya keçdik. Amma Hataya gedərkən oradakı mənzərədən dəhşətə gəldik".

"Evlər dağılmışdı, hərəkətdə olan avtomobillər zəlzələnin gücündən yolların kənarına atılmışdı"

Vüqar Novruzoğlu deyib ki, şəhərin girəcəyindən etibarən çox böyük dağıntılar var: "Bütün binalar ya uçub, çöküb, ya da pəncərələri qırılıb, divarları çatlayıb, dağılıb. Bəzi evlər dibindən qopub, yanı üstə düşüb, 8-10 mərtəbəli bina yan üstdə necə aşıbsa, elə də qalıb. Bütün bunlar zəlzələnin gücünün göstəricisidir. Təbii ki, inşaatı keyfiyyətsiz olan binalar bütünlükdə yerə çöküb, yalnız damları görünür. Bir sözlə zəlzələnin təsirindən heç nə sağlam qalmayıb".

"Yollar dağılıb, nəqliyyat, çatdırılma çox çətindir"

V.Novruzoğlunun sözlərinə görə, yollar dağıntıya məruz qaldığı üçün ən böyük problem çatdırılma, nəqliyyatla bağlı olub: "Ən böyük çətinlik şəhərin içərisində hərəkət etməkdə idi. Şəhərin daxilində dağılan binalar yolları bağlayıb, bəzi yerlərdə də yollar sıradan çıxıb. Hatayda əvvəllər də olmuşuq, tanıdığım yolların 3 dəqiqəyə gedə biləcəyimiz məsafəsini 4 saata gedə bildik.

Orda bəlkə köməyimiz dəyə bilər deyə, azərbaycanlı xilasediciləri və ümumiyətlə Türk ölkələrindən gələn xilasetmə qüvvələrini də axtardıq, amma tapa bilmədik. Digər problem ondan ibarət idi ki, şəhəri tanıyan yerli sakinlərə çox az rast gəlinirdi. Onlar çox güman ki, ya dağıntılar altında qalıb, ya da yıxılan evlərin altında qalan doğmalarını xilas etməyə kömək edir, yaxud soyuq havada çadırlara sığınıblar".

"Yerli əhali olduqca ağır vəziyyətdədir"

Vüqar Novruzoğlu yerli əhalinin acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb: "Hatayda yerli sakinlər ağır vəziyyətdədir. Bölgədə meydana gələn dağıntı işıq, qaz, su şəbəkələrini yararsız hala salıb. Bölgədə su, işıq, qaz yoxdur. İnsanlar küçələrdə tonqal qalayaraq soyuqdan ölməməyə, həyatda qalmağa çalışır.

Hər şeyləri məhv olmuş insanlar, hər kiçik dəstəyə görə dərin minnətdarlıq edirlər. Üzlərinə hüzn çöküb. İnsanların gözlərində dağıntı altında qalan yaxınlarını qurtarmaqla bağlı imdad çağırışı var".

"Yollarda saysız yardımlar var, çatdırmaq olmur"

Fəlakət bölgəsinə həddən artıq çox yardımların olduğunu vurğulayan Vüqar Novruzoğlu humanitar dəstəklərə ehtiyacı olanlara çatdırılmasının koordinasiya edilmə çətinliyindən də danışıb: "Yardımları ehtiyac olan yerlərə çatdırmaqda kifayət qədər böyük problemlər var. Bunun başlıca səbəbi dağıntının geniş olması, yollarda hərəkət etmənin mümkünsüzlüyü ilə əlaqədardır. Bəzi yollar bağlıdır, bir sıra yollarda isə həddən artıq çox tıxac var, hərəkət etmək olmur. Biz zəlzələ bölgəsində hərəkət edərkən yol kənarlarında saysız yardım məhsulları, ləvazimatlar, insanları zəlzələnin dağıntılarından xilas etmək üçün hər cür avadanlıqlar gördük, amma bunların bir çoxu yollarda öz təyinatını gözləyirdi.

Gecə yarısına qədər 2-3 yük maşınındakı yardımın boşaldılmasına kömək etdik, zəlzələdə zərəçəkən kəndlərə ərzaq, yardım apardıq.

Təbii ki, TÜRKSOY olaraq hər zaman xalqlarımızın ən çətin anlarında onların yanıda olmaq borcumuzdur, əlimizdən gələn köməyi edirik. Bölgəyə fiziki dəstəkdən əlavə, maddi dəsək də verdik. Amma orada pulla heç bir şey almağa ehtiyac yoxdur. Nəyə ehtiyac varsa, AFAD başda olmaqla digər dəstək qurumları zəzərçəkən insanlara etməyə çalışır. İmkanı olan insanlar özləri də yardım mərkəzlərinə müraciət etdikdə ala bilir. Amma ümumi vəziyyət həm şəhərin daxilində, həm də kənarlarda acınacaqlıdır.

Hatayda dövlət idarələri, marketlər açıq deyil, bəlkə də o insanlar özləri də dağıntıların altında idi. Yaxud onlar da köməksiz qalıb, yardıma, qidaya ehtiyacı var."

"Fasiləsiz xəbərdarlıq siqnalı çalınır"

V.Novruzoğlu TÜRKSOY heyətinin Hatayda olduğu müddətdə təcili tibii yardım və digər təhlükəsizlik üçün fasiləsiz olaraq xəbərdarlıq siqnallarının verildiyini də vurğulayıb: "Hər dəqiqə təcili tibbi yardım maşınlarının səsi gəlir. Dayanmadan xəbərdarlıq siqnalları, sirena səsləri şəhərin yeganə səsi olub. Bu səs mənə daim Hatayı xatırladacaq. Çoxsaylı qədim mədəniyyətlərə ev sahibliyi etmiş, Türkiyənin ən qədim, tarixi yerlərindən biri olan Hatay zəlzələnin amansız nəticələrindən imdad diləyir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 680   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran bu ölkədən təzminat tələb edir

Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn

10 avqust
.

Erməni qadının meyiti tapıldı

İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin

10 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10 avqust
.

VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb

İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda

11 avqust
.

ABŞ müharibədən 20 gün sonra danışıqlar üçün yalvardı - Əraqçi

İran İslam Respublikası ABŞ-la müharibədə qalib gəlib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi idi, hətta müharibənin ilk günündə İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqla

12 avqust
.

Rusiya 500-dən çox dronu məhv etdi

Gecə saatlarında Ukrayna ordusunun bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazası yüksək dəqiqlikli hava əsaslı silahlar və uzaqmənzilli zərbə dronları ilə vurulub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb. Bundan əlavə, Hava Hücumundan Müdafiə Qüvvələr

12 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust