"WhatsApp" istifadəçilərinə böyük yenilik - Artıq mümkün olacaq...
Mobil versiyada mövcud olan səsli və video zəng funksiyası artıq "WhatsApp"ın veb versiyasında da əlçatan olacaq.
Milli.Az xəbər verir ki, "WhatsApp Web" istifadəçilərə smartfonlarındakı hesabı kompüterlərə sinxronlaşdıraraq mesaj göndərmək, media faylları paylaşmaq və qrup söhbətlərində iştirak etmək imkanı verir. Lakin indiyə qədər veb versiyada səsli və video zəng funksiyası mövcud deyildi.
Məlumata görə, "WhatsApp" artıq bu xüsusiyyətin istifadəyə verilməsi üzərində işləyir. Yeni funksiyanın sayəsində istifadəçilər veb interfeys vasitəsilə təkbətək səsli və video zənglər edə biləcəklər.
Beta testlərində bu xüsusiyyət artıq bəzi istifadəçilər üçün aktivləşdirilib. Söhbət ekranının yuxarı hissəsində səsli və video zəng düymələri görünür. Zəng başladıldıqda isə ayrıca bir pəncərə açılır və burada zəng edilən şəxsin adı və profil şəkli əks olunur. Həmin pəncərədən kameranı aktiv və ya deaktiv etmək, mikrofonu susdurmaq, zəngi bitirmək və digər parametrləri idarə etmək mümkündür.
Yeni funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi