Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər?
Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region kodu), iki hərf və üç rəqəmdən ibarətdir. Bu qaydalar "AZS 599-2015" dövlət standartı ilə tənzimlənir və ölkədə vahid qeydiyyat sisteminin formalaşdırılmasına xidmət edir. Lakin artan avtomobil sayı və yeni tələblər fonunda qeydiyyat nişanlarının daha çevik və müxtəlif kombinasiyalarla tərtib olunmasına ehtiyac yarana bilər.
Qonşu Türkiyədə tətbiq olunan sistemə nəzər saldıqda isə fərqli yanaşma müşahidə olunur. Belə ki, nömrələr sabit şəhər kodu ilə başlayır və daha sonra müxtəlif hərf və rəqəm kombinasiyaları ilə davam edir. Bu yanaşma nəticəsində daha uzun, daha fərqli və çoxsaylı nömrə kombinasiyaları mümkün olur. Türkiyənin böyük şəhərlərində əhalinin və avtomobil sayının yüksək olmasına baxmayaraq, bir şəhər üçün tək kodla bu tənzimləmə effektiv şəkildə həyata keçirilir.
Maraqlıdır, Azərbaycanda da avtomobil nömrələrinin daha uzun və fərqli kombinasiyalarla formalaşmasını nəzərdə tutan yeni bir sistemin tətbiqi planlaşdırılırmı?
Bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə "avtosfer.az"a açıqlamasında bildirib ki, Bakı şəhərində əvvəllər avtomobil nömrə nişanları 10 nömrə kodu ilə verilirdi, daha sonra 90 və 99 koduna keçildi və hazırda 77 ilə davam edilir:
"Bu dəyişikliklər fonunda qeyd etmək lazımdır ki, digər ölkələrin təcrübəsində nömrə nişanlarında istifadə olunan rəqəm və hərf kombinasiyalarının müxtəlifliyi və çevikliyi müşahidə olunur. Bu da o deməkdir ki, bizdə də nömrə nişanlarının kombinasiyasının təkmilləşdirilməsi və bu istiqamətdə daha geniş araşdırmaların aparılması zəruridir.
Mövcud vəziyyətdə bir şəhərə bir neçə kodun verilməsi məqsədəuyğun görünmür. Məsələn, İstanbul kimi təxminən 15-20 milyon əhalisi olan bir şəhərdir və yalnız bir kodla, 34 nömrə kodu ilə təmsil olunur. Halbuki Azərbaycan üzrə ümumi əhali sayı belə bu qədər deyil. Buna baxmayaraq, hazırda bizim regionların hər biri üçün fərqli kodlar tətbiq edilir. Xüsusilə, paytaxt Bakı üçün artıq üç fərqli koddan istifadə olunub: əvvəlcə 10, sonra 99 və hazırda 77".
Deputat əlavə olaraq bildirib ki, əgər gələcəkdə növbəti bir koda keçid planlaşdırılırsa, bu artıq ayrı bir müzakirə mövzusudur:
"Amma hər bir halda, texniki baxımdan rəqəmlər və hərflərin konfiqurasiyası genişləndirilərək, bu dəyişiklikləri yalnız bir və ya maksimum iki kod üzərindən idarə etmək mümkündür. Bu həm sistemin daha səmərəli idarə olunmasına, həm də vətəndaşların yadda saxlaması baxımından rahatlığa səbəb ola bilər. Eyni zamanda bir şəhərin bir neçə tanıtma kodu ilə təmsil olunması məsələsi də bu şəkildə aradan qalxa bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı