"Favorit" restoranında dava: Xəsarət alan şəxs iki saat əməliyyat olundu

"Favorit" restoranında dava: Xəsarət alan şəxs iki saat əməliyyat olunduBakının Y.Çəmənzəminli və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən "Favorit" restoranında dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə zamanı 1961-ci il təvəllüdlü B. Seymur xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı stəkan qırılıb və qırıntı Seymurun qoluna bataraq ona ciddi xəsarət yetirib.

İlkin məlumatlara əsasən, dava restoranda dostlar arasında hesab üstündə yaranan mübahisə nəticəsində baş verib. İlqar (şərti ad), Rasim və Seymur birgə restorana yeyib-içməyə gediblər. Yeməkdən sonra İlqar Seymura "hesabı bağla, gedək" deyib, lakin Seymur bundan imtina edib.

Bu zaman İlqar restorandan çıxmaq istəyən Seymurun qolundan tutaraq, ondan hesabı ödəməyi tələb edib: "Bizi sən dəvət etmisən, necə ola bilər ki, hesabı bağlamayasan?"

Mübahisə zamanı Seymur yıxılaraq stolun üzərinə düşüb. Nəticədə stəkanın şüşə qırıntısı qoluna batıb, qab-qacaq yerə düşərək sınıb. Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkimlər onun qolunda iki saatlıq cərrahi əməliyyat aparıblar.

Məhkəmə prosesində Seymur törətdiyi əməldən peşman olduğunu bildirib. O, yüksək şəkər xəstəsi olduğunu və bir ayağının protezlə əvəz olunduğunu da qeyd edib.

Məhkəmə ona 200 manat məbləğində inzibati cərimə tətbiq edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1415   Tarix: 01 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr