Estetik cərrah Əmiraslan Əmiraslanov məni bərbad əməliyyat etdi, çılpaq şəkillərimi paylaşdı
Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.
XALQ.AZ xəbər verir ki,"2023-cü ilin fevral ayında plastik, estetik cərrah Əmiraslan Əmiraslanov məni ilk dəfə bədənşəkilləndirmə əməliyyatı edib.
Əməliyyat İnternational Medical Centre-2 klinikasının Nərimanov filialında baş tutub. İlk əməliyyatı çox uğursuz oldu. Xahiş etdi ki, məni heç yerə şikayət etmə, səni yenidən əməliyyat edəcəm. Yenidən ikinci dəfə 2024-cü ildə məni əməliyyat etdi. Mənim bədənimi ikinci dəfə daha bərbad hala saldı" Bunu Moderator.az-a açıqlamasında tiktok fenomenti Günəş Musayeva deyib. O daha sonra əlavə edib.
"İlk əməliyyatımdan 9 min manat, 2-ci əməliyyatdan isə məndən 5 min manat aldı. Bədənimi yararsız hala saldı. Bədənimin bütün nahiyələrində şram, sallanma var. Bu vəziyyəti həkimə bildirdim və ondan narazı qaldığım üçün pulumu geri istədim. Ümumilikdə 14 min manat pulumu alıb. Dedi ki, get bütün qüsurlarının üstünü tatu ilə ört, sənə pul qaytaran deyiləm. Tiktok səhifəmdə həkimin qeyri-peşəkarlığını paylaşdım ki, hamı görsün, aşkara çıxsın. Mənə dedi ki, ya videoları sil, ya da sənin şəkillərini paylaşacam. Videoları təbii ki, silmədim. Həmin həkim də mənim əməliyyatdan öncə çəkilən çılpaq fotolarımı üzüaçıq şəkildə vatsap statusunda paylaşdı. Bir sutka şəkil onun statusunda qaldı. İstəyim odur ki, bu insanın həkimlik fəaliyyətinə son qoyulub, ona cinayət işi açılsın. Nə qədər insan ondan şikayətçidir. Verdiyim pulları mənə geri qaytarsın və mənəvi ziyana görə təzminat ödəsin. Artıq 23-cü polis bölməsinə yazılı şəkildə şikayət etmişəm. İş gedir. Həkim yenə də özünə haqq qazandırır ki, o məni paylaşdı deyə, mən də onu paylaşdım" deyə şikayətçi bildirib.
Şikayətçinin iddialarına cavab olaraq sözügedən həkimin və xəstəxananın mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2275 Tarix: 01 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabrBakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabr