Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan şəxs tutuldu
Bakıda və bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov "Instagram" sosial şəbəkəsində "Risalət Travel" adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib.
Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə "bloklayaraq" onlarla olan əlaqələrini dayandırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov polis əməkdaşları tərəfindən təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1130 Tarix: 22 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021