Bir ayda icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?
Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəliyi şəhərdə küçə və parkların cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ana-Yol" MMC seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanıb. Müqavilənin maliyyə dəyəri 1 132 414,49 manatdır.
"Ana Yol" MMC az əvvəl Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə tərəflər arasında bağlanana satınalma müqaviləsinin maliyyə dəyəri 985 963,01 manat təşkil edir.
Maraqlıdır ki, şirkət avqust ayında Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı daha bir tenderin qalibi seçilib. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən keçirilən bu tender üzrə satınalma predemtinin maliyyə dəyəri 430 719,85 manatdır.
Beləliklə, "Ana-Yol" MMC təkcə avqust ayında Qusar Rayon İcra Hakimiyyətindən 2 549 097,35 manatlıq sifariş alıb.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Qusar Rayon İcra Hakimiyyəti "Ana-Yol" şirkətinin daimi müştəsiridir. Yəni, icra hakimiyyətinin və ona tabeli qurumların təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi məhz bu şirkət olur.
Məsələn, ötən il də Qusar şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi də "Ana-Yol" MMC seçilib. Abadlıq işlərinə 367 548,23 manat xərclənib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Ana-Yol" MMC 15 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 662 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabrTəhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri
10 sentyabrŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabr