"Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!" - 518 balla kəsilən Yeganə

"Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!" - 518 balla kəsilən YeganəÜç gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.

"Qafqazinfo" onlardan biri olan, 518 balla imtahandan kəsilən Yeganə İsgəndərova ilə həmsöhbət olub.

Yeganə saytımıza açıqlamasında bildirib ki, o, üçüncü qrupa hazırlaşıb və imtahan nəticələri heç də gözlədiyi kimi olmayıb: "İxtisas seçimində yalnız öz istədiyim ixtisasları yazmışdım. İstədiyim ixtisasların balları birdən-birə 60-70 bal artdı deyə mən limitin altında qaldım. Əsas hədəfim Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisası idi. Mən ixtisas seçimi edəndə bu ixtisasın balı 470-480 bal aralığında idi, bu il isə 550-ni keçib. Ümumiyyətlə, bu il üçüncü qrup üzrə imtahan verənlər çox olduğuna görə, "Fəlsəfə" kimi balı aşağı olan ixtisaslarda belə bal 240-dan 380-ə qədər artıb. Görülmüş şey deyil ki, bir ixtisasda 140 bal artım olsun".

Y.İsgəndərova qeyd edib ki, ixtisas kodlaşdırmasında hədəflədiyindən kənar heç bir yer yazmayıb: "Mən ancaq 10 ixtisas seçimi etmişdim, hamısını da alman dili üzrə tərcümə və ya filologiyasını yazmışdım. B2 səviyyəsində alman dili bilirəm. Heç bir halda növbəti il üçün Azərbaycan universitetlərinə hazırlaşmayacağam, nə də bal dondurub yenidən imtahan verməyəcəm. Yanvrda C1 səviyyəsi üzrə alman dilinin sertifkatını alıb, Almaniya məktəbində 12-ci ili oxuyub, daha sonra universitet imtahanı verməyi planlaşdırıram. Hüquqşünaslıq ixtisasını Almaniyada oxuyacağam".

O, üçüncü ixtisas qrupu üzrə balların çox artmasından narazı qalıb: "Nəinki 518, hətta 600 balı keçənlər arasında da kəsilənlər var. Mənim dostlarımın içində də məndən çox bal toplayıb kəsilənlər oldu. Hansı ki, I və II qrup üzrə imtahan verən tanışlarım var ki, onlar 190 balla universitetə qəbul oldular. Mən də istəsəydim, qəbul olardım. Çünki ixtisas seçimində mütəxəssisə müraciət etmişdik. O, ilk üç yerə mənim istədiyim ixtisasları yazdı, daha sonrakı yerlər istəmədiklərim idi. Yəni mən mütəxəssisin kodlaşdırdığı ixtisaslardan birinə düşüb mütləq tələbə adını qazanacaqdım. Amma mən o ixtisasları istəmirdim. Niyə məhz tələbə adı qazanmaq üçün 4 il istəmədiyim universitet və ixtisasda oxuyum ki?!

Tələbə adı qazanmaq o qədər də böyük şey deyil, əsas hədəfə çatmaqdır. Mən istədiyim balı topladım, amma hədəfim olan ixtisasa düşmədimsə, bu mənim günahım deyil. İkinci imtahanda da iştirak edəcəyəm, amma sadəcə ad olsun deyə... Qəbul olsam belə, imtina verəcəyəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1328   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021