Salyanda əkiz bacılar eyni universitetə qəbul oldular
Salyan rayonunda maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, əkiz bacılar eyni universitetə qəbul olublar.
Belə ki, Salyan şəhər Yavər Qafarov adına 8 nömrəli tam orta məktəbin builki məzunları Aydan və Aytac Babayeva bacıları tələbə olublar. Əkiz bacıların hər ikisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisasına qəbul olublar.
Onların sözlərinə görə, bu ixtisası gələcək perspektivi olduğu üçün seçiblər:
"Seçdiyimiz ixtisas gələcək üçün perspektivlidir. Həmçinin eyni universitetdə oxumaq istədiyimiz üçün eyni ixtisası yazmışıq. Abituriyentlərə tövsiyə edirik ki, təhsili ikinci plana atmasınlar, gələcəyi olan bir ixtisas seçsinlər. Hər zaman özlərinə inansınlar, oxumamaq kimi bir fikirdə olmasınlar. Təhsil hər şeydən vacibdir".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 958 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr