Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
I qrup üzrə abituriyent Səmra Mahmudova 692,6 bal toplayaraq ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.
"Qafqazinfo" xəbər verir ki, bu nəticə ilə o, həm də ölkə rekordunu yeniləyib.
Belə ki, 2025/2026-cı tədris ili üzrə ən yüksək keçid balı məhz ADA-nın Kompüter elmləri ixtisasına aid olub və həmin balı Səmra Mahmudova əldə edib.
Məlum olub ki, Səmra bu ixtisasa imtahanla qəbul olub təhsil alan yeganə tələbə olacaq. Belə ki, sözügedən ixtisas üzrə ayrılmış 30 dövlət sifarişli yerin 29-u Respublika Fənn Olimpiadasının (RFO) qalibləri tərəfindən müsabiqədənkənar tutulub. Qalan bircə yerə isə məhz yüksək bal toplayan Səmra qəbul olub.
ADA-dakı Kompüter elmləri ixtisası üzrə qəbul olan 29 nəfərdən biri Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Əliyyiəkbər Şirinlidir.
Xatırladaq ki, bundan əvvəl ölkə üzrə ən yüksək keçid balı 687 bal olub və bu göstərici də BANM-ə aid idi.
Məlumat üçün bildirək ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən 208 nəfər ali təhsil müəssisələrinə müsabiqədənkənar yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi