Xəbəri olmadan adına şirkət açıldı, külli miqdarda vergi borcu yarandı (VİDEO)
İsmayıllı sakini Elçin Babayevin xəbəri olmadan adına şirkət açılıb. Üstəlik, külli miqdarda vergi borcu yaranıb.
Elçin Babayev iddia edir ki, xəbəri olmadan 2021-ci ildə adına "Dərya MMC - ADOFROREL" adlı şirkət açılıb. Məsələdən yalnız bu yaxınlarda həmin şirkətin adına yığılan 29 min 700 manatlıq vergi borcu barədə rəsmi bildiriş gələndə xəbər tutub.
Fəhlə işlədiyini və aylıq gəlirinin çox aşağı olduğunu deyən vətəndaş məsələ ilə bağlı ciddi narahatlıq keçirir.
Məsələ ilə bağlı qeyd olunan "Dərya MMC - ADOFROREL" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Dövlət Vergi Xidmətinin 10 saylı ərazi üzrə vergilər idarəsinin İsmayıllı rayon şöbəsinə müraciət etdik.
Şöbədən "Xəzər Xəbər"ə bildirildi ki, sistemdə vətəndaşın adında borc olduğu üçün Öhdəliklərin idarəedilməsi baş idarəsindən ona vergi borcu haqqında sənəd göndərilib.
Hüquqşünaslar isə bildirirlər ki, rayon sakini başına gələn bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.//Xəzər TV
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi