"Xocalıdan 5 yaşlı qız"ın qalıqları ekshumasiya edildi
Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyiti qalıqları ekshumasiya edilib.
Bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, I Şəhidlər xiyabanında "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib:
"Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 665 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr