Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
Azərbaycan hökuməti tikinti sahəsində onlayn xidmətlərin mövcudluğu və etibarlılığını artırmaq məqsədilə yeni tədbirlər paketi hazırlayır.
"Report" xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Layihəyə əsasən, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi nəzərdə tutulur.
Portalda son 5 ili əhatə edən və ölkə ilə regionlar üzrə strukturlaşdırılmış statistik məlumatlar yerləşdiriləcək, icazə və müraciət göstəricilərinin fərqləndirilməsi təmin olunacaq.
Portalda reklam qurğularının tikintisinə və istismarına icazə üzrə ayrıca modul yaradılacaq. Bundan başqa, Naxçıvan Muxtar Respublikası üzrə icazə və məlumatlandırma icraatı modulu əlavə ediləcək, torpaqayırma modulu üzrə inteqrasiya təmin ediləcək.
Eyni zamanda, portalın təhlükəsizlik auditləri və səmərəlilik sınaqları həyata keçiriləcək. Portalın fiziki infrastrukturu "Hökumət buludu"nun ehtiyat mərkəzinə köçürüləcək.
Binaların informasiya modelləşdirilməsinə (BIM – Building Information Modeling) keçid tədbirləri davam etdiriləcək. Tikinti sahəsində peşəkarlıq reyestrinin yaradılması və onun vahid informasiya təminatı sisteminə inteqrasiyası üzrə təkliflər hazırlanacaq.
Bundan başqa, Milli Məkan İnformasiya Sisteminin formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Bu çərçivədə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün sənədlər toplusu hazırlanacaq, dövlət qurumları ilə razılaşdırılacaq, standartlar qəbul ediləcək və idarəedici struktur formalaşdırılacaq.
Qiymətləndirmə aparılacaq və maliyyələşmə ilə bağlı təkliflər Komissiyaya təqdim ediləcək.
Sənədin icra müddəti oktyabrın 1-dəkdir, bundan sonra isə proses növbəti dövrdə davam etdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi