Azərbaycan banklarında əhalinin əmanətləri 11 %-ə yaxın artıb
Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 776,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,75 % az, ilin əvvəlinə nisbətən 3,7 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 13 % çoxdur.
Bunun 55,6 %-i, yaxud 23 milyard 244,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 13 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,7 % artaraq 15 milyard 456,1 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 26 % artaraq 3 milyard 75,8 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 424,6 milyon manatı (il ərzində 4,5 % artıb) qısamüddətli, 19 milyard 351,4 milyon manatı (+24,75 %) isə uzunmüddətli olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 542 Tarix: 31 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr