Metroda gediş haqqı artırılacaq? - RƏSMİ CAVAB
"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.
Sonxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır", - deyə o qeyd edib.
Metro rəsmisi xatırladıb ki, qurumun tariflərin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.
"Daim bu istiqamətdə müzakirələr aparılır. Sərnişindaşıma tarifləri ilə bağlı hər hansı dəyişiklik ictimaiyyətə əvvəlcədən açıqlanacaq", - deyə o əlavə edib. /report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi