Azərbaycanda bu şəxslərə EV VERİLƏCƏK
Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təminatı davam etdirilir.
Trendin məlumatına görə, bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək.
Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını "İnnova İnşaat" MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 843 803 manat ödənilib.
İşlərin həvalə olunduğu "İnnova İnşaat" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 963 Tarix: 31 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr