Mirfazil Lətifov: "Maşının hər bir detalı orijinaldır"
"Bəziləri VAZ-2105 markalı avtomobili sevmir, amma mən uşaqlıqdan onu çox sevirəm".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Ən orijinal avtomobil" mükafatına layiq görülən Mirfazil Lətifov deyib.
O bildirib ki, avtomobilinin bütün detalları orijinal özünə məxsusdur:
"Bu tədbirdə VAZ-2105 markalı avtomobilim ilə iştirak etmişəm. 1982-ci ilin maşınıdır. Birinci dəfədir belə bir tədbirdə iştirak edirəm. VAZ-2105 markalı avtomobilə düzü çox adamın marağı yoxdur, lakin mən uşaqlıqdan, gözümü açandan onu görmüşəm. O vaxtdan həmin maşına sevgim yaranıb. Onun hər bir detalı orijinaldır. Fara silənlərinə qədər hər bir şeyi üzərindədir. Bəzən nəyisə xarab olur, o vaxt da çalışıram ki, özününkünü tapıb quraşdırım.
Avtomobili bəzən yay aylarında sürürəm, lakin qış vaxtı istifadə etmirəm.
Gələcəkdə xarici ölkələrdə təşkil olunan bu formatda tədbir olarsa, qatılmaq istəyərəm".
Qeyd edək ki, Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbirdə VAZ-2105 markalı avtomobil "Ən orijinal avtomobil" mükafatına layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi