Sürücülərə xəbərdarlıq: saat 23:00-dan...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
"Bakı Şəhər Halqası"ndan Milli.Az-a verilən məlumata görə, 31 avqust saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar yarışlar bitənədək nəqliyyata bağlı olacaq.
Ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.
Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası sakinlərin göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi