"Məktəb ləvazimatlarını tam almamışam, artıq 400 manat çıxıb" - Video

"Məktəb ləvazimatlarını tam almamışam, artıq 400 manat çıxıb" - VideoYeni tədris ilinin başlamasına az müddət qalıb. Valideynlər övladlarını məktəbə hazırlamaq üçün artıq alış-veriş mərkəzlərinə üz tuturlar. Lakin qiymətlərdə müşahidə olunan artım alıcları narahat edir.

"Qafqazinfo" "ATV Xəbər"ə istinadən xəbər verir ki, satıcılar vəziyyətdən razı olsalar da, valideynlər qiymətlərin ildən-ilə artmasından gileylənirlər.

Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il məktəbli ləvazimatlarının qiymətlərində 3-5 manat artım müşahidə olunur. Ən çox bahalaşan məhsullar isə çantalar, rəngli qələmlər və dəftərlərdir:

"Çantaların qiyməti 15-60 manat aralığındadır. Keçən il 20 manata satdığımız çanta bu il 25 manatadır. Rəngli qələmlərin qiyməti isə 1 manatdan başlayır. 15 manata da rəngli qələmlər var. Məsələn, keçən il 1 manat 20 qəpiyə olan karandaşlar indi 1 manat 80 qəpiyədir".

Digər satıcı qeyd edib ki, ümumilikdə normal məktəb ləvazimatlarının qiyməti 50 manata başa gəlir:

"Yaxşı çantanın da qiyməti 20-25 manatadır. 100 vərəqli dəftərlərin qiyməti 70 qəpikdir. Termosların qiyməti isə 5 manatdan başlayır, 10 manata qədər davam edir".

Valideynlər qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini bildirirlər. Xüsusilə bir ailədən bir neçə məktəblinin olması məsələni daha da çətinləşdirir:

"Çanta aldım. Keçən il 20-25 manat idi, indi isə bir yerdə 40, digərində isə 55 manata satılırdı. Çox bahadır. Hələ ki, 100 manatdan çox pulumuz çıxıb".
Başqa bir valideynin sözlərinə görə, 3 övladı məktəblidir. Ən çox pul xərclədikləri də məktəbli formalarıdır.

2 övladı üçün məktəbli ləvazimatları alan digər valideyn deyir ki, hələ alış-verişləri tamamlanmayıb, lakin 400 manata qədər pul xərclənib:

"Ötən il 500 manatdan çox pulumuz çıxmışdı. Bu il hələ hər şeyi almamışıq".

Müşahidələrə əsasən, bu il bir məktəblinin minimal ləvazimat xərci 100-120 manat civarındadır. Əgər ailədə bir neçə məktəbli varsa, bu rəqəm 2-3 dəfə artır.

Ətraflı videoda:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1284   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr