"Dövlətin dəstəyi ortaya qoyulsaydı, ictimai nəqliyyat daha sürətli inkişaf edə bilərdi" - AÇIQLAMA

"Dövlətin dəstəyi ortaya qoyulsaydı, ictimai nəqliyyat daha sürətli inkişaf edə bilərdi" - AÇIQLAMA"Bu məsələni aidiyyəti qurum belə əsaslandırıb ki, daşıyıcı şirkətlərə dəstək lazımdır və bu dəstəyi vətəndaşlar ödəməlidir. Çünki gediş haqqının artırılması vətəndaşların artıq daha çox pul ödəyəcəyi deməkdir. Bu artım ictimai nəqliyyatın inkişafına töhfə verəcək. Amma mən düşünürəm ki, yanaşmanı bir az da dəyişmək olar. Dövlətin dəstəyi də ortaya qoyulsaydı, ictimai nəqliyyat daha sürətli və daha şaxəli inkişaf edə bilərdi. Yəni bu 10 qəpiklik gediş haqqı artımı tam olaraq bütün ictimai nəqliyyatı əhatə etməyəcək. Düzdür, metrolarda gediş haqqı birbaşa 60 qəpik artıb. Avtobuslarda isə bu artım əsasən elektrikli və sıxılmış qazla işləyən avtobuslara şamil olunur".

Bu sözləri Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

"Dövlətin dəstəyi ortaya qoyulsaydı, ictimai nəqliyyat daha sürətli inkişaf edə bilərdi" - AÇIQLAMAO, açıqlamasında qeyd etdi ki, məsələn, "Bakubus" və "Xaliq Faiq oğlu" kimi şirkətlərin konkret bir marşrut üzrə 15 avtobusu var və bu avtobusların hamısı sıxılmış qazla işləyirsə, onlara tətbiq olunur. Amma digər marşrut xəttində 15 avtobus varsa və bunlardan 10-u benzinlə, 5-i isə köhnədirsə, gediş haqqının artırılması onlara şamil edilmir:

"Eyni qayda elektrikli və dizel avtobuslar üçün də keçərlidir. Beləliklə, bu artım çox az bir hissəyə təsir edir. Rəqəmsal İşıq və Nəqliyyat Nazirliyi belə əsaslandırıb ki, bu artım digər daşıyıcı şirkətlərə stimul verəcək və onlar da avtobus parklarını yeniləyərək daha baha qiymətə sərnişin daşıya biləcəklər. Hazırda hesablamalara görə, Azərbaycanda bir sərnişinin daşınması 80 qəpiklə 1 manat arasında dəyişir. Amma daşıyıcılar bildirirlər ki, 50 qəpik onlara sərf etmir. Bu 10 qəpiklik artım bütün daşıyıcıları qane etmir.

Bir tərəfdən daşıyıcılar deyirlər ki, artım azdır, digər tərəfdən isə bu artım bütün avtobuslara şamil edilmir. Konfortlu avtobusu olan şirkətlər isə qiyməti artırsa, sərnişin köhnə avtobusa minəcək. Nəticədə köhnə avtobuslarda sıxlıq yaranacaq, heç kim 60 qəpik ödəmək istəməyəcək. 50 qəpik ödəmək istəyən vətəndaş isə saatlarla köhnə avtobusu gözləməli olacaq".

Ekspert onu da vurğuladı ki, burada dövlətin konkret dəstəyinə ehtiyac var:

"Müəyyən bir müddət ərzində avtobus parkları tamamilə yenilənməlidir. Bundan sonra belə artımlar və yanaşmalar tətbiq oluna bilər. Hazırda dövlətin dəstəyinin olmaması səbəbindən ictimai nəqliyyat yalnız öz resursları ilə ayaqda qala bilmir. Subsidiya və maliyyə dəstəyi lazımdır.

Bu 10 qəpiklik artım avtobus parklarının tez bir zamanda yenilənməsinə yetməz. Daşıyıcı şirkətlər motivasiyalı olmalıdır və dövlət onların arxasında olduğunu göstərməlidir. Avtobus parklarını yeniləməli, özlərini daimi iş adamı kimi hiss etmələrini təmin etməlidir. Əks halda bəzi sahibkarlar avtobuslarını satıb başqa sahələrə yönələ bilər.

Əvvəlki dövrlərdə köhnə avtobuslarla işləyirdilər və sərbəst gediş haqqı təyin edirdilər. İndi isə təzə avtobus almaq tələb olunur, amma qiymət başa-baş gəlmir. Sahibkar yarım milyon manatlıq avtobus alıbsa, 60 qəpiyə sərnişin daşımaqla bu pulu çıxarmaq çətindir. Ona görə də dövlət dəstəyi vacibdir.

Yenə də qeyd etmək lazımdır ki, əvvəlki 10 qəpiklik artımdan sonra avtobus parklarında müəyyən dəyişikliklər baş verib və bu artım nəticəsində bəzi daşıyıcılar qazanc əldə edib yeni avtobuslar ala biliblər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1315   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021