"Ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar" - AÇIQLAMA

"Ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar" - AÇIQLAMA1 oktyabr dünyada Ahıllar Günü kimi qeyd olunur. Bu gün yaşlı nəslin cəmiyyətdəki yeri, onların sosial vəziyyəti və həyat keyfiyyəti barədə düşünmək üçün mühüm fürsətdir. Ahıllar yalnız keçmişin yaddaşı deyil, həm də gələcək nəsillərə dəyərli irs ötürən bir körpüdür. Bəs, Azərbaycanda ahılların sosial vəziyyəti və cəmiyyətdəki rolu barədə hansı müşahidələr var?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

"Ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Azərbaycanda ahılların sosial vəziyyəti, təəssüf ki, çox zaman "hörmət" sözünün arxasında gizlənmiş passivləşmə formasında müşahidə olunur:

"Cəmiyyət ahıllara formal ehtiram göstərir, amma gündəlik həyat şəraitinə, sosial aktivliyinə və sağlamlıq imkanlarına yetəri qədər diqqət ayırmır. Ahıllar üçün ən vacib resurs onların sosial kapitalıdır. Yaşlandıqca insanlar mal-mülk kimi maddi resurlardan uzaqlaşır və ailəyə, yaxın qohumlara, varsa, yaxın icma şəbəkələrinə üz tutular. Bu bağlar zəiflədikcə, yəni sosial kapitala əlçatanlıq azaldıqca, yaşlı nəsil daha çox sosial izolyasiya və tənha qalma problemi ilə üz-üzə qalır. Düşünürəm ki, cəmiyyətimizdə ahıllar "keçmişin yaddaşı" roluna həddən artıq həbs olunublar. Halbuki "aktiv yaşlanma" konsepti göstərir ki, yaşlılar yalnız xatirə daşıyıcısı deyil, həm də bilik və təcrübənin canlı mənbəyidir. Azərbaycanda isə bu potensialın böyük hissəsi istifadə olunmur. Təcrübə mübadiləsi, könüllü fəaliyyət və ictimai həyatda iştirak imkanları yetərincə geniş deyil.
Nə qədər acı da olsa, ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar. Halbuki onların real rifahı və cəmiyyətə inteqrasiyası təmin olunsa, həm sosial həmrəylik möhkəmlənər, həm də gələcək nəsillər yaşlanmaq qorxusunu daha az hiss edərlər. Yaşlanarkən belə aktiv həyata davam edə biləcəklərini görərlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 835   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021