Bakıda xanım sahibkarın BMW-sindən oğurluq: Külli miqdarda pul və qızıllar....
Bakıda sahibkar xanımın avtomobilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsə cəza verilib.
Qaynarinfo-nun məlumatına görə, oğurluğu 1985-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Mübariz Ağayev törədib. Onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Mübariz Ağayev Binəqədi rayonu 4-cü Mikrorayon ərazisindəki "Tərlan" şadlıq sarayının yaxınlığına BMW markalı avtomobildən oğurluq edib. Təqsirləndirilən şəxs əvvəlcə maşının içərisinə baxdıqda arxa oturacaqda qadın çantası olduğunu görüb. O, üzərində olan "sveça" deyilən avtomobil şamı ilə BMW-nin şüşəsini sındırıb və çantanı götürərək oradan uzaqlaşıb.
Avtomobil turizm fəaliyyəti ilə məşğul olan şirkətlərdən birinin rəhbəri olan Vəfa Məmmədovaya məxsus olub. Nəticədə onun şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində qızıl qolbağı, 2 ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, 1 ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, 1 ədəd 100 manat dəyərində ağ rəngli "iPhone 14 Pro" markalı mobil telefonun enerji kabeli, 1 ədəd 400 manat dəyərində tünd göy rəngli "Prada" markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, 1 ədəd 100 manat dəyərində "İydə" adlı ətir, 14485 avro və 3800 manat pulunun olduğu qara rəngli "Prada" markalı çantanın oğurlanıb.
Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin "Toyota Rav-4" markalı avtomobildən də oğurluq etməsi məlum olub. Mübariz Ağayev zərərçəkmiş Zaur Şirinovun idarə etdiyi avtomobildən içərisində 1700 manat olan pul kisəsinin oğurlayıb.
Məhkəmənin qərarı ilə Mübariz Ağayev 4 il müddətə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1701 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında
25 iyulİlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR
Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyini
25 iyul65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə
26 iyulBaş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib
Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısınd
24 iyul"WhatsApp"da yeni funksiyalar
"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməyə imkan yaradacaq
25 iyulEhtiyatda olan polkovnik-leytenant vəfat etdi
Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib. xəbər verir ki, Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Onun hans
25 iyulMəhərrəmlik nə vaxt bitir? - TARİX AÇIQLANDI
Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar. Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxın
25 iyul