Azərbaycanlı biznesmen haqda yayılan iddialara cavab
"RİV Holdinq"in İdarə Heyətinin sədri Cavid İbrahimov Enver yerli mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
Uzun illərdir zərgərlik, turizm, qida və kosmetika sahələrində fəaliyyət göstərən azərbaycanlı sahibkar bildirib ki, əsassız iddiaların arxasında təxribatçı motivlər dayanır. O, "RİV Holdinq"in İdarə Heyətinin sədri kimi şirkətin beynəlxalq genişlənməsinə və strateji investisiyalarına rəhbərlik edir.
"RİV Holdinq"in mətbuat xidmətindən bildirilib ki, Cavid İbrahimovun biznes fəaliyyəti yeni deyil, o, 2016-cı ilin əvvəllərindən sahibkarlıqla məşğuldur.
"Bəzi media orqanlarında son bir ildə mülkiyyət və brendlər əldə etməyimə dair iddialar yanlışdır: real olaraq, brendlər və aktivlər on ildən artıq dövrdə formalaşıb. "RİV Company" inkişaf edərək "RİV Holdinq"ə çevrilib; holdinq Türkiyə ilə yanaşı London, Dubay və Cenevrədə də fəaliyyət göstərir.
Əsas layihələrimiz Tiffany & Co. ilə əməkdaşlıq (Zorlu AVM), Collection Point (Parlak Mücevherat) — Zorlu və Emaar filialları (90 türk dizayneri), Skyfall Travel, Tommi Brasserie (Tommi Food & Hospitality), Collection Jewelry (Beymen), Stephen Webster Türkiyə eksklüziv distribütorluğu, MASC Cosmetics (Ankara; 5,000 m²; aylıq 2M ədəd istehsal gücü).
Məqsədimiz ictimaiyyəti doğru məlumatlandırmaq və əsassız iddiaların arxasındakı təxribatçı motivləri ortaya qoymaqdır. Onların məqsədi illərlə qurulan nüfuza, beynəlxalq tərəfdaşlıqlara və investisiya layihələrinə zərbə vurmaq, reputasiyamızı sistemli şəkildə zəiflətməkdir. Şirkətimiz on ildən artıqdır ki, iş həyatında dürüstlük və şəffaflıq prinsipləri ilə hərəkət edib.
Şəxsi tanışlıqlar mövcud ola bilər; lakin həmin şəxslərin ticarətimizə, iş birliyimizə, əməliyyatlarımıza şahidliyi və ya iştirakı yoxdur. Bu münasibətlər yalnız şəxsi xarakter daşıyır. Rəsmilərin xidməti avtomobilləri ilə bağlı iddialar da əsassızdır. Məqalədə qeyd olunan şəxslərin adlarının çəkilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Cavid İbrahimovun müəyyən şəxslərlə "mal qaçırma" məsələsində adının hallanması da əsassızdır.
Yayılan feyk xəbərlər, fikrimizcə, mafiya xarakterli şəbəkələrin koordinasiyalı təxribatıdır. Həqiqət məhkəmədə üzə çıxacaq. Biz qanuni yolla haqqımızı qorumağa davam edəcəyik".
Qeyd edək ki, mediada C.İbrahimovun 250 milyonluq dələduzluqda ittiham olunması barədə iddialar yayımlanıb.
Onu da bildirək ki, "RİV Holdinq" bir çox sektorda fəaliyyət göstərir, bunlara örnək olaraq zavodlar, restoranlar, qızıl və brilyant satışı ilə məşğul olan dünya markaları və s. daxildir./Qafqazinfo



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1160 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021