Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hansı ərazilərində su daha cod hesab olunur?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ərp suyun mineral tərkibi ilə bağlıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyev bildirir ki, kran suyunun qaynadılmasından sonra çaydanın dibində və divarlarında yaranan ağ çöküntünün əsas səbəbi suyun codluğudur: "Suyun codluğu əsasən onun tərkibində həll olmuş kalsium və maqnezium ionlarının miqdarı ilə müəyyən edilir. Xüsusilə hidrokarbonatlarla zəngin su qızdırıldıqda və ya qaynadıldıqda kalsium karbonat kimi az həllolan birləşmələr çökür və məişətdə "ərp" adlandırdığımız təbəqə yaranır. Sadə desək, çaydanda gördüyümüz ağ ərp əksər hallarda xlor deyil, suyun təbii mineral tərkibinin nəticəsidir. Məsələn, kalsium hidrokarbonat qızdırıldıqda kalsium karbonata çevrilərək çökə bilir. Buna görə də eyni su soyuq halda şəffaf görünsə də, qaynadıldıqdan sonra qabın dibində ağ çöküntü yarana bilər".

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

"Bakıda suyun codluğu mənbədən asılıdır"

A.Tağıyevin sözlərinə görə, Bakının bəzi ərazilərində kran suyunda ərpin daha çox yaranmasının əsas səbəbi həmin əraziyə daxil olan suyun mənbəyinin və mineral tərkibinin fərqli olmasıdır: "Bakı və Abşeron vahid bir mənbədən su almır. Hazırda paytaxtın su təminatında Ceyranbatan, Kür, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz kimi müxtəlif mənbələr iştirak edir. Bu mənbələrin hidrogeoloji şəraiti və kimyəvi tərkibi eyni olmadığı üçün onların codluq göstəriciləri də fərqlənir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin açıqladığı orta göstəricilərə görə, ümumi codluq Ceyranbatan mənbəyində təxminən 213-215 mq/l, Oğuz-Qəbələ-Bakı suyunda 242 mq/l, Şollar suyunda 294 mq/l, Xaçmaz suyunda 314 mq/l, Kür mənbəyindən təmizlənən suda isə təxminən 346 mq/l-dir".

Konkret rayonları isə "ən cod su olan rayonlar" kimi sıralamaq düzgün olmaz: "Bakı və Abşeronun su şəbəkəsi qarşılıqlı əlaqələndirilmiş sistemdir. Mənbə göstəricilərinə əsasən Kür, Xaçmaz və Şollar suyunun payı yüksək olan şəbəkə sahələrində ərpin daha tez əmələ gəlməsi mümkündür. Rəsmi məlumatlarda Ceyranbatan sisteminin Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrini və Abşeron ərazisini, Oğuz-Qəbələ-Bakı suyunun isə Abşeronla yanaşı Yasamal, Nəsimi və Səbail rayonlarının müəyyən hissələrini təmin etdiyi göstərilir".

"Köhnə borular ərpin əsas səbəbi deyil"

Hidrogeoloq bildirir ki, boru şəbəkəsinin köhnə olması adətən suyun kalsium-maqnezium codluğunu kəskin artırmır: "Köhnə və korroziyaya uğramış borular suya dəmir birləşmələri, pas hissəcikləri və əvvəllər borunun daxilində toplanmış çöküntülər verə bilər. Bu halda rəngli və ya mexaniki çöküntü müşahidə olunur".

Ərpdən necə qorunaq?

A.Tağıyev qeyd edir ki, çaydanda ərpin yaranması özlüyündə suyun içməyə yararsız və ya standartdan kənar olduğunu göstərmir. Onun sözlərinə görə, yüksək codluq əsasən məişətdə problem yaradır: "Çaydan, kombi, su qızdırıcısı, paltaryuyan və qabyuyan maşınlarda ərpləşməni artırır, enerji sərfiyyatına və avadanlığın işləmə müddətinə mənfi təsir göstərir. Məişət texnikası üçün suyun codluğuna uyğun ion-mübadilə əsaslı yumşaldıcı sistemlərdən və ya konkret avadanlıq üçün nəzərdə tutulmuş ərpə qarşı vasitələrdən istifadə etmək mümkündür. Sadə mexaniki və aktiv karbon filtrləri isə kalsium və maqnezium ionlarını sudan əhəmiyyətli dərəcədə çıxarmır. İçməli su üçün codluğun azaldılması tələb olunursa, ion-mübadilə və ya əks-osmos texnologiyaları daha effektivdir".

"Codluq suyun keyfiyyətsiz olması demək deyil"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov da suyun codluğu ilə keyfiyyəti arasında birbaşa əlaqə olmadığını bildirir: "Codluğu yüksək olan su keyfiyyətsiz su hesab olunmur. Suyun keyfiyyətini müəyyən edən başqa göstəricilər var. Bunlara əsasən bakterioloji və digər kimyəvi göstəricilər daxildir. Bakıya dörd-beş mənbədən su gəlir və bu suların ümumi codluğu təxminən 200-350 milliqram/litr arasında dəyişir".

"Kalsium və maqnezium insan orqanizmi üçün lazımlıdır"

R.Abbasov qeyd edir ki, cod sular içmək üçün yararlıdır: "Suyun tərkibində olan kalsium və maqnezium ionları insan orqanizmi üçün lazımlı minerallardır. Bəzi insanlar evdə cod suyu içməyərək yumşaldılmış və təmizlənmiş suya üstünlük verirlər, eyni zamanda aptekdən də maqnezium və kalsium alırlar. Halbuki bu minerallar suyun özündə də mövcuddur. Yalnız codluğuna görə sudan narahat olmaq düzgün deyil. Cod suyun dadı bir qədər xoşagəlməz ola bilər, amma bu, onun sağlamlıq üçün təhlükəli olduğu anlamına gəlmir".

"Suyun keyfiyyəti daim nəzarətdə saxlanılır"

"İri Şəhərlərin Su Təchizatı" QSC bildirir ki, məişət avadanlıqlarında ərpin yaranması suyun tərkibində təbii şəkildə mövcud olan kalsium və maqnezium kimi mineral maddələrlə əlaqəlidir: "İçməli suyun tərkibi, o cümlədən codluq göstəricisi müəyyən edilmiş normativ tələblərə uyğun olaraq tənzimlənir və nəzarətdə saxlanılır. İçməli suyun keyfiyyəti çoxsaylı fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə kompleks şəkildə qiymətləndirilir və müəyyən edilmiş tələblərə uyğunluğu mütəmadi laborator müayinələrlə yoxlanılır".

Qurumun məlumatına görə, suyun keyfiyyətinə mənbədən istehlakçıya qədər daim nəzarət edilir: "Bakı şəhəri, Abşeron yarımadası və regionların su təchizatı sistemlərində mənbələrdən - yerüstü və yeraltı sulardan - qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması və təhlükəsizliyinin təmin olunması məqsədilə su təmizləyici və zərərsizləşdirici qurğular, həmçinin kimyəvi-bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir. Bu prosesdə dövlət standartının tələblərinə riayət olunur. Əhaliyə verilən içməli su əvvəlcə mexaniki təmizləyici üsulla qum süzgəcindən, daha sonra isə mərhələli şəkildə ultrasüzgəcli qurğulardan keçirilir. Su əhaliyə verildikdən sonra da kənd, qəsəbə və şəhərlər üzrə mütəmadi analizlər aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 611   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Atlas Medical Center"in rəhbəri vəfat etdi

"Atlas Medical Center" klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. N.Əliyev 49 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib

24 noyabr
.

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı

Azərbaycanda süni intellekt əsaslı yeni rəqəmsal reklam platforması fəaliyyətə başlayıb. maliyyə və biznes platforması kimi tanınan saytının təsis etdiyi texnoloji startapdır. Platforma xidmət və məhsullarını internetdə reklam etmək istəyən sahibkarlara, xüsusən də startap sahiblərinə geniş imkanla

24 noyabr
.

Top ardınca qaçan uşağı maşın vurub öldürdü - Video

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb. Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qı

24 noyabr
.

Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Valideynlərin vəfatından sonra övladlara qalan ev bəzən ailə daxilində ciddi mübahisələrin yaranmasına səbəb olur. Bacı və qardaşların miras əmlakın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməməsi, tərəflərdən birinin evi satmaq, digərinin isə orada yaşamağa davam etmək istəməsi vəziyyəti daha da mürəkkəbləşdirir

25 noyabr
.

İstedad var, cəsarət yoxdur: İnsanlar niyə öz potensialını reallaşdıra bilmir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, kifayət qədər istedada, biliyə və bacarığa malik olsalar da, öz potensiallarını ortaya qoymağa cəsarət etmirlər. Onlar bəzən özlərinə "Məndən bu iş alınmaz", "Məni kim tanıyır ki, aparıcı şirkətlər məni işə dəvət etsin, "Görəsən, müraciət etsəm, mən

25 noyabr
.

Magistral yollarda qəza riskini artıran amillər: Sürücülər nələrə diqqət etməlidir? - AÇIQLAMA

Magistral yollarda, xüsusilə günün toran vaxtlarında və gecə saatlarında yol-nəqliyyat hadisələri riski artır. Görünüş məsafəsinin azalması, sürücülərin yorğunluğu və diqqətinin yayınması, eləcə də hava şəraiti və sürət həddinin aşılması qəza ehtimalını yüksəldən əsas amillərdəndir. Belə şəraitdə sürücüləri

25 noyabr
.

Xaricdə geniş yayılan erkən rezervasiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində turistlər yay tətilini son ana saxlamadan aylar öncədən planlaşdırır, hətta qış aylarından etibarən yay mövsümü üçün tur paketləri alırlar. Bu üsul həm istirahət tarixini əvvəlcədən müəyyənləşdirməyə, həm də daha münasib qiymətlərlə hotel, aviabilet və digər xidmətlərdən yararlanmağ

25 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda is

25 noyabr
.

Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA

İnsanları əsrlər boyu düşündürən ən böyük suallardan biri ölümün son olub-olmamasıdır. İnsan öldükdən sonra şüuru tamamilə yox olur, yoxsa həyat başqa formada davam edir? Səmavi dinlərdə insanın dünyadakı əməllərinə görə axirətdə mükafat və ya cəza alacağına, cənnət və cəhənnəmin mövcudluğuna inanılır

24 noyabr