Yaponiya strateji sənaye müəssisələrini müvəqqəti milliləşdirə bilər
Yaponiya hökuməti istehsalın modernləşdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti olmayan strateji əhəmiyyətli sənaye müəssisələrini müvəqqəti milliləşdirməyi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hazırladığı planlara istinadən məlumat yayıb.
Məlumata görə, təşəbbüs ilk növbədə istehsal avadanlıqlarının yenilənməsinə ehtiyacı olan kimya və metallurgiya sənayesi müəssisələrini əhatə edir.
Planın həyata keçirilməsi halında dövlət belə müəssisələri müvəqqəti olaraq öz mülkiyyətinə götürə biləcək. Bununla belə, onların birbaşa idarəçiliyi əvvəlki özəl şirkətlərdə qalacaq.
Qeyd olunur ki, Yaponiyanın qüvvədə olan qanunvericiliyi belə tədbirlərə imkan versə də, indiyədək bu mexanizm praktikada tətbiq edilməyib. Təşəbbüsün həyata keçirilməsi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 78 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə yaşayış binası çökdü: 8 nəfər öldü
Associated Press (AP) agentliyinin şəhər meri Zöhran Mamdaniyə istinadən verdiyi məlumata görə, Nyu-Yorkun Bruklin rayonunda binanın çökməsi nəticəsində ən azı səkkiz nəfər ölüb, 18 nəfər yaralanıb. xəbər verir ki, uçqun yerində xilasetmə əməliyyatları başa çatıb. İstintaq davam edir, lakin hadisəni
13 noyabrNASA Ay infrastrukturu üçün 10 mlrd. dollar vəsait ayırıb
NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb. xəbər verir ki, bu barədə NASA administratoru Cared İsaakman məlumat verib. O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:
11 noyabrABŞ-da nəhəng gəminin batırılması turizm layihəsinə çevrilir
Florida sahillərində batırılan "SS United States" gəmisinin ətrafında yeni turizm məkanı yaradılması planlaşdırılır. Layihə çərçivəsində gəminin sualtı hissəsinin dalğıclar üçün əlçatan olması və ərazidə dəniz turizminin inkişaf etdirilməsi nəzərdə tutulur. Associated Press-ə istinadən xəbə
12 noyabrAlimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini
12 noyabrPolşa polis əməkdaşlarına hücumlara görə cəzaları sərtləşdirəcək
Polşa hökuməti polis əməkdaşlarına hücuma görə cəzaları artıran qanun layihəsini qəbul edəcək. xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib. O bildirib ki, bu müddəalar tətbiq edildikdən sonra, zabitin həyatı və ya sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı bir hücu
11 noyabr