Evdəki 7 əşya tez-tez dəyişdirilməsə, orqanizminizə zərər verə bilər
Bir çox gündəlik istifadə etdiyimiz əşyalar bakteriya, toz və toksinləri yığa bilər. Ev mühitini adətən təmiz və təhlükəsiz hesab edirik, amma bəzi gündəlik əşyalar gözə görünmədən mikrobları və zərərli maddələri toplayır.
Sonxeber.az xəbər verir ki, özünüzə və yaxınlarınıza zərər verməmək üçün hansı əşyaların mütəmadi olaraq dəyişdirilməli və ya xüsusi qulluq tələb etdiyini bilmək vacibdir.
1. Diş fırçası
Amerika Stomatoloji Assosiasiyası bildirir ki, diş fırçasının tükcükləri zahirən uzun müddət normal görünə bilər, amma təmizləmə effektivliyi azalır. Fırçanı 3-4 aydan bir və ya tükcüklər formasını itirəndə dəyişmək tövsiyə olunur.
Vannanın nəm mühiti bakteriya və göbələk çoxalmasına səbəb olur, buna görə də diş fırçasını hər istifadədən sonra yaxşıca yumaq və quru yerdə saxlamaq lazımdır.
2. Dəsmallar
Amerika Təmizlik İnstitutunun mütəxəssislərinə görə, hamam dəsmalları hər istifadədən sonra qurudulmalı və 3-5 istifadədən sonra yuyulmalıdır. Əl dəsmalları isə hər 1-2 gündən bir dəyişdirilməlidir.
Daimi nəm mühit bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Çirkli dəsmallardan istifadə akne, dəri qıcıqlanması və göbələk infeksiyalarına səbəb ola bilər. Əgər dəsmaldan xoşagəlməz qoxu gəlirsə və ya kif izi görünürsə, dərhal yuyulmalıdır.
3. Mətbəx süngərləri
Evdə ən çirkli əşyalardan biridir. Onlarda milyonlarla bakteriya toplanır, o cümlədən təhlükəli bağırsaq çöpləri və salmonella. 2021-ci ildə "Research Gate"də dərc olunmuş araşdırmaya görə, çiy ərzaqla təmasda olmuş süngərləri dəyişmək və ya dezinfeksiya etmək lazımdır (məsələn, qaynatmaq və ya xlorla yumaq). Köhnə süngərlərdən istifadə qida zəhərlənməsi riskini artırır.
4. Su butulkaları
Çoxdəfəlik butulkalar ekoloji baxımdan faydalıdır, amma düzgün qulluq edilməsə, bakteriya və kif mənbəyinə çevrilir. Xüsusilə plastik modellər və dar boğazlı qablar risklidir.
Onları gündəlik ilıq su və sabunla yumaq, plastik butulkaları isə 6-12 aydan bir dəyişmək lazımdır. Zamanla divarlarında bioplyonka əmələ gəlir ki, bu da həzm problemlərinə səbəb ola bilər.
5. Ülgüclər
Kütləşmiş ülgüc bıçaqları həm effektiv deyil, həm də dəri qıcıqlanması və mikrozədələnmə riskini artırır. Ülgücü nəm vannada saxlamaq bakteriyaların çoxalmasına şərait yaradır.
Mütəxəssislər bıçaqları 5 istifadədən sonra dəyişməyi tövsiyə edir (saçın sərtliyindən asılı olaraq). Köhnə ülgüclər follikulit və dəri infeksiyası riskini artırır.
6. Yastıqlar
Sleep Foundation-un məlumatına görə, yastıqları 1-2 ildən bir dəyişmək tövsiyə olunur. Bu, allergenlərin yığılmasının qarşısını almağa və baş-boyunun düzgün vəziyyətdə qalmasına kömək edir.
Dəyişdirməyə ehtiyac siqnalları: elastikliyini itirməsi, xoşagəlməz qoxu, saralma, allergiyanın artması və ya yuxuda narahatlıq.
7. Saç darağı
Saç daraqları tez bir zamanda toz, saç, dəri yağı və ukladka vasitələrinin qalıqlarını toplayır. Təhlükəsiz qalması üçün ən azı həftədə bir dəfə təmizlənməli, 6-12 aydan bir isə yenilənməlidir.(lent.az)
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 964 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızdırmanı salmağa tələsməyin!
Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm
17 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA
Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd
16 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021