Demək olar bütün bəşəriyyət ona yoluxur: o hansı virusdur?
Elmi tədqiqatlar göstərir ki, demək olar ki, dünyadakı hər kəs ömründə ən azı bir dəfə insan papilloma virusuna (HPV) yoluxur.
Lent.az xəbər verir ki, insan papilloma virusu (HPV) ən böyük virus qruplarından birinə aiddir, onun 200-dən çox tipi məlumdur. Virus əsasən birbaşa təmas yolu ilə keçir və həm dəriyə, həm də selikli qişalara təsir göstərə bilər. Müxtəlif ştammlar ziyansız quruluşlar məsələn, siğillər və papillomalar yarada bildiyi kimi, ağır xəstəliklərə, o cümlədən xərçəng xəstəliklərinə də səbəb olur.
Ən böyük təhlükə yüksək onkogen tipli HPV-lərdir. Onlar hüceyrə dəyişikliklərini stimullaşdıraraq zamanla uşaqlıq boynu, udlaq və digər xərçəng formalarına gətirib çıxara bilər. Problemin əsas çətinliyi ondan ibarətdir ki, infeksiya çox vaxt simptomsuz inkişaf edir və bir çox insan onun mövcudluğundan xəbərsiz olur.
Həkimlərin sözlərinə görə, əksər hallarda immun sistemi virusu özü zərərsizləşdirir və orqanizmə ziyan dəymir. Lakin məhz peyvəndləmə və müntəzəm skrininq müayinələri ağırlaşmaların qarşısını almağın ən effektiv yolu hesab olunur.
HPV dünyada ən geniş yayılmış virus olaraq qalır və onunla mübarizə müasir tibbin əsas çağırışlarından biridir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 774 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabrYüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
4 sentyabrSəhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11 sentyabrSəhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?
Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc
31 avqustUzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabrPortağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabr