Ürək dərmanı ilə bağlı xəbərdarlıq - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər
Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər.
İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır. Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir.
Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron ilə birlikdə qəbul etmək dərmanın təsirini zəiflədə və ölümcül qanaxmalara yol aça bilər.
NHS (Milli Səhiyyə Xidməti) də oxşar xəbərdarlıq edərək, varfarin istifadə edənlərin bitki mənşəli dərmanlardan uzaq durmalı olduqlarını bildirib. Xüsusilə sarı kantaron depressiya üçün istifadə olunsa da, varfarinlə birlikdə təhlükəli yan təsirlər yarada bilər.
Teylor deyib:
"Qida əlavələri heç də həmişə faydalı deyil, bəzən əksinə, zərərlidir."
"Vitamin və mineralların yüksək dozada qəbul edilməsi sağlamlıq üçün risklidir. Həmişə 'çoxu yaxşıdır' demək düzgün deyil."
"Əlavələrə pul xərcləməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər ehtiyac varsa, həkim özü təyin edəcək."
Mütəxəssislər yalnız D vitaminini istisna hesab edirlər. Sonbahar və qış aylarında günəş işığının az olması səbəbindən gündə 10 mikroqram D vitamini qəbul edilməsi tövsiyə olunur.
Varfarinin əks təsirləri:
Kiçik kəsiklərdən uzunmüddətli qanaxma,
Tez-tez diş əti və burun qanaması,
Asanlıqla göyərmələr,
Nadir hallarda isə daxili qanaxma və beyində qanaxma.
Əgər qanaxma 10 dəqiqədən çox davam edərsə, qan qusma və ya qan öskürmə baş verərsə, dərhal həkimə müraciət edilməlidir./Milli.az/
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 814 Tarix: 20 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızdırmanı salmağa tələsməyin!
Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm
17 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA
Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd
16 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021